Sabah Sulutəpə və Çiçək qəsəbələrində işıq olmayacaq
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Sabah Bakının Binəqədi rayonun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə SİA-ya "Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Səhmdar Cəmiyyətin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma və təmir işlərinin aparılması ilə əlaqədar aprelin 15-də bir sıra qəsəbələrdə elektrik xətləri sifarişə əsasən açılacaq.
Bununla əlaqədar olaraq saat 11:00-dan saat 15:00-dək Sulutəpə və Çiçək qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Baxış sayı:215
Bu xəbər 14 Aprel 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















