“Sabah” üç yarışda çempiondu, qalan titullar yoldadı
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Premyer-liqada mövsümün sona çatmasına 4 tur qalmış çempion olan “Sabah” sürəti azaltmaq niyyətində deyil. Ona görə ki, klub artıq daha iki yarışda çempion olub.
“Football-plus.az”ın məlumatına görə, “bayquşlar”ın basketbol komandası da ardıcıl 4-cü dəfə ölkənin ən güclüsü statusuna yiyələnib. Onlar final seriyasında “Abşeron Layons”a qarşı keçirilən bütün matçlarda qələbə qazanıb. “Sabah” U-16 liqasında da çempiondu. Son matçda “Neftçi”ni 2:0 hesabıyla məğlub edən “bayquşlar” mövsümün bitməsinə 3 tur qalmış bu uğura imza atıb.
“Sabah” daha bir neçə yarışda çempion ola bilər. Çünki komanda həm əvəzedicilər, həm də gənclər liqasında liderdi. Belə demək mümkünsə, “bayquşlar” indi həm futbolda, həm də basketbolda “at oynadır”, dəbi müəyyənləşdirir.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 07 May 2026 21:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















