Sabah Yer kürəsində maqnit qasırğası baş verəcək XƏBƏRDARLIQ
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Noyabrın 17-də Yer kürəsində qısamüddətli maqnit qasırğası baş verə bilər.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ RAN) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Laboratoriyanın Telegram kanalında bildirilir ki, modellərə əsasən, zəif maqnit qasırğasının baş vermə ehtimalı 56 faiz, geomaqnit aktivliyin sarı (həyəcanlı) səviyyəyə çatma ehtimalı isə 35 faizdir. Heç bir geomaqnit pozuntunun qeydə alınmaması ehtimalı cəmi 9 faiz qiymətləndirilir.
Alimlər qeyd ediblər ki, maqnit qasırğası baş verərsə, onun qısamüddətli olacağı gözlənilir.
Məlumata görə, geomaqnit aktivlik artıq səkkiz gündür ki, yaşıl zonada qalır. Lakin çərşənbə axşamı Yer kürəsinin kiçik tac dəliyindən gələn pozulmuş Günəş küləyi axınının təsirinə məruz qalması səbəbindən bu göstərici dəyişə bilər.
Laboratoriyanın məlumatına əsasən, Günəşin səthində kifayət qədər çox ləkə müşahidə olunsa da, ulduzda aktivlik demək olar ki, yoxdur.
Belə ki, bazar günü Günəşdə dörd zəif alışma qeydə alınıb, daha bir zəif alışma isə bazar ertəsi səhər saatlarında baş verib.
Alimlər hazırda Günəşin əks tərəfində baş verən proseslər barədə məlumatın olmadığını bildiriblər. Bununla belə, həmin hissədə də aktivliyin aşağı olduğu ehtimal edilir.
Laboratoriyanın mütəxəssislərinin fikrincə, Günəş, görünür, bir müddətlik “yuxuya gedib”. Günəş aktivliyindəki bu fasilənin nə qədər davam edəcəyi isə hələ məlum deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 16 Noyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















