“Sabah”a görə rejim dəyişdi
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Bu axşam “Sabah”ın UEFA Çempionlar Liqasında “Hapoel”ə (İsrail, Beer-Şeva) qarşı Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi pley-off oyunu ilə əlaqədar Bakı metropoliteninin iş rejimi dəyişdiriləcək.
Futbolpress.az xəbər verir ki, bu haqda “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, matç penaltilər seriyasına qədər davam edərsə, metropolitenin iş saatı uzadılacaq. Belə ki, stansiyalar gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
“Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Qeyd olunub ki, növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. ”Nərimanov” və “28 May” stansiyalarında əlavə tədbirlər görüləcək. Ümumilikdə gün ərzində qatarlar mövcud qrafik üzrə hərəkəti davam etdirəcək.
“Sabah” – “Hapoel” oyunu saat 20:45-də start götürəcək. Komandalar arasındakı ilk oyunda İsrail təmsilçisi qələbə qazanıb – 2:1.
Baxış sayı:104
Bu xəbər 25 Avqust 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















