“Sabah”a uduzduqdan sonra komandasını tənqid etdi
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Çexiyanın “Slaviya” klubunun baş məşqçisi Yindrjix Trpişovski Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda Bakıda “Sabah”a 0:2 hesablı məğlubiyyəti şərh edib.
QOL.az xəbər verir ki, mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından narazı qaldığını bildirib:
“Matçı düzgün keçirmədik. Xüsusilə də birinci hissəni. Baxmayaraq ki, ilk hissə 0:0 hesabı ilə başa çatdı. Bunun bir çox səbəbi var. Səhvlərə yol verməməli idik. Amma səhvlər etdik, özümüz də qol vura bilmədik. Niyə alınmadığını bilmirəm. Ola bilsin, müxtəlif mövqelərdə zəif oynadıq. Rəqibin pressinqi ilə üzləşdik, toplar itirdik.
İkinci hissədə rəqib təzyiq göstərdi. “Sabah” bizi meydanın mərkəzində üstələdi. Futbolçularım çox məyusdurlar. Biz maksimum gücümüzü ortaya qoyduq”.
Trpişovski “Sabah”la oyunun Fransanın “Lans” klubuna qarşı əvvəlki matçdan nə ilə fərqləndiyi barədə sualı da cavablandırıb:
“Hansısa səbəbdən məğlub olduq. Zəif tərəflərimiz var. Düşünürdüm ki, qol imkanları yaradıb qalib gələ biləcəyik. Amma ən yaxşı oyunumuzu göstərmədik. Rəqib qalib gəlməyi sevir. Cərimə meydançasında ağıllı davranmaq lazımdır.
Oyunun gedişində vəziyyəti dəyişmək futbolçuların fərdi ustalığından asılıdır. Yaşadığımızı yaşadıq. Bir çox məsələyə toxunmaq istəmirəm. Favorit sayılmaq üçün şansımız azdır.
“Lans”la oyuna yaxşı hazırlaşmışdıq. Amma bu matçda gözlədiklərimi görə bilmədim”.
Baxış sayı:94
Bu xəbər 13 Oktyabr 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















