“Sabah”da rusiyalı məşqçi?
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Krunoslav Renduliçlə yolları ayıran “Sabah”ı yenə əcnəbi mütəxəssis çalışdıra bilər.
“Qafqazinfo” xəbər verir ki, Rusiya millisinin sabiq müdafiəçisi Vasili Berezutskinin adı paytaxt klubu ilə birgə hallanır.
Bu barədə Rusiya mətbuatında məlumat yayılıb. Bildirilir ki, tərəflər arasında danışıqlara start verilib. Berezutski hazırda Çin təmsilçisi “Şanxay Şenxua”da həmyerlisi Leonid Slutskinin köməkçisi kimi fəaliyyət göstərir.
Berezutskinin baş məşqçi təcrübəsi yoxdu. Bununla belə, “Sabah” rəhbərliyinin riskə gedərək ona etibar etmək istədiyi qeyd olunur.
Qeyd edək ki, Vasili Berezutski bunadək SSKA-da Viktor Qonçarenko və əkiz qardaşı Aleksey Berezutskinin, həmçinin "Krasnodar"da Viktor Qonçarenkonun köməkçisi olub.
Baxış sayı:83
Bu xəbər 25 Noyabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















