Neftçi Zirə matçının biletləri satışa çıxır
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Misli Premyer Liqasının 13-cü turu çərçivəsində noyabrın 27-si saat 19:00-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Zirə” matçının biletləri sektorlar üzrə mərhələli şəkildə satışa çıxarılacaq.
Apasport.az xəbər verir ki, ilkin mərhələdə “Qərb 2”, “Banişevski alt”, “VIP Silver 1”, “VIP Silver 2” və “VIP Family” sektorları satışa açılır. Qiymətlər aşağıdakı kimidir:
- Qərb 2 – 2 AZN;
- Banişevski alt – 3 AZN;
- VIP Silver 1, VIP Silver 2 və VIP Family – 15 AZN.
Digər sektorlara giriş hüququ verən biletlər isə daha sonra satışa çıxarılacaq. Bununla bağlı əlavə məlumat veriləcək.
Qiymətlər belədir:
- Şimal 1, Şimal 2, Qərb 1, Forza, Şərq 1, Şərq 2 – 2 AZN;
- Banişevski üst – 3 AZN;
- VIP Gold – 20 AZN.
Biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.
Stadionun kassasında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.
"Sumqayıt"da ayrılıq - RƏSMİ Qurban Qurbanovdan ikiqat yubiley – 900 və 850 Meydan sahibləri qələbə qazana bilmədi: Qonaqların turu 156 oyun, 50 qol – Volkovdan yubiley "Kəpəz"in futbolçusu "100"ə çatdı
Baxış sayı:116
Bu xəbər 24 Noyabr 2026 11:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















