Sosial media platformaları təhlükəli təsir vasitələrindən birinə çevrilib Deputat
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Müasir dövrdə elmi nailiyyətlərə və texnoloji tərəqqiyə baxmayaraq, dünyada mənəvi tənəzzül müşahidə olunur, müharibə və münaqişələrin sayı artır. Bu gün sosial media platformalarında baş verənlər fikir və düşüncə azadlığı deyil, beyinlərin yuyulması və manipulyasiya cəhdləridir”.
Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov bildirdi.
O bildirdi ki, müharibələr artıq yalnız sərhədlərdə və səngərlərdə deyil, insanların beyin və düşüncələrində də aparılır:
“Bu baxımdan sosial media platformaları təhlükəli təsir vasitələrindən birinə çevrilib. Sosial şəbəkələr öz həqiqi mahiyyətini itirərək təhqir və söyüş platformalarına çevrilir, insanların düşüncələrinə mənfi təsir göstərir”.
Deputat bu sahənin çevik tənzimlənməsinin və daha ciddi addımların atılmasının vacibliyini vurğuladı:
O qeyd etdi ki, mövcud təhlükələr ölkədə ideoloji işin gücləndirilməsini zəruri edir. Yeni Azərbaycan Partiyasının qurultayında Prezident İlham Əliyev də ideoloji işin əhəmiyyətinə xüsusi diqqət çəkib. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq son vaxtlar bu istiqamətdə mühüm işlər görülür. Yeni tarixi filmlərin çəkilməsi, tamaşaların hazırlanması və əsərlərin yazılması da bu tədbirlər sırasındadır”.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 24 Noyabr 2026 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















