Sabahdan bu qohumlar arasında nikah bağlanmayacaq
Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sabahdan Azərbaycanda yaxın qohumlar arasında nikaha qadağa qüvvəyə minir
“AzPolitika” xəbər verir ki, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, sabahdan yaxın qohumlar arasında nikah bağlanmasına dair yeni məhdudiyyətlər tətbiq olunur.
Dəyişikliklərə görə, nikahın bağlanmasına mane olan hallar genişləndirilib. Belə ki:
-Ortak bioloji baba və ya nənəyə sahib olan qardaş və bacı uşaqları arasında nikaha icazə verilməyəcək;
-Bioloji qohum olan şəxslər — yəni əmi və dayının qardaş (və ya bacı) qızı ilə, eləcə də bibi və xalanın qardaş (və ya bacı) oğlu ilə evlənməsi qadağan olunur.
Bu dəyişikliklərlə ailədaxili nikahların qarşısının alınması və genetik risklərin azaldılması hədəflənir.
“AzPolitika.info”
Baxış sayı:45
Bu xəbər 30 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















