Sabahdan etibarən Azərbaycanda yeddi gün ardıcıl qeyriiş günü olacaq. Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Sabahdan etibarən Azərbaycanda yeddi gün ardıcıl qeyri-iş günü olacaq.
BAKU.WS-in məlumatına görə, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ölkədə tətillər başlayır. Nazirlər Kabinetinin qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 30 dekabri və 2025-ci ilin 3 yanvarı iş günləri olaraq müəyyən edilib, bu da 2024-cü ilin 28 və 29 dekabr istirahət günlərinin yerini dəyişib.
Bu səbəbdən, 2024-cü ilin dekabr ayının 30-31-i, 2025-ci ilin 1-5 yanvarı (şənbə və bazar günləri daxil olmaqla) Azərbaycanda qeyri-iş günləri olacaq.
Bayram tətili bitdikdən sonra ilk iş günü 2025-ci ilin yanvarın 6-na təsadüf edəcək.
Tətillə əlaqədar olaraq təhsil müəssisələrində bayramdan sonra ilk dərs günü 5 gün iş həftəsi ilə fəaliyyət göstərən məktəblərdə 6 yanvar, 6 gün iş həftəsi ilə işləyənlərdə isə 4 yanvar tarixində olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 29 Dekabr 2024 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















