“Sabah”ı “Barselona” ilə müqayisə edərdim”
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Son Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda Çexiyanın “Slaviya” (Praqa) klubunu qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, rəqib koamndanın baş məşqçisi Yindrix Trpişovski qarşılaşmadan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı:
– Meydana çıxacaq heyət barədə nə deyə bilərsiniz, zədəli futbolçuların vəziyyəti necədir?
– Bəzi oyunçularımızın müəyyən fiziki çətinlikləri və zədələri var idi. Artıq sabaha hansı futbolçuların kömək edə bilməyəcəyini dəqiq bilirik. Lakin geniş heyətə malik olduğumuz üçün məmnunam. Şans verəcəyimiz digər futbolçularla mövqedəki çatışmazlıqları aradan qaldırmışıq.
– Meydan sahibi haqqında təəssüratlarınız nədir?
– “Sabah” oynadığı futbol üslubuna görə “Barselona”ya bənzəyən bir komandadır. Meydanda klassik 4-3-3 sxemindən istifadə edirlər və daha çox hücumameyilli oyuna üstünlük verirlər. Topa davamlı nəzarət etməyə çalışan, fərdi keyfiyyətləri yüksək futbolçulardan qurulmuş kollektivdir. Hətta “Mançester Yunayted”lə matçda da çoxlu qol imkanları olmuşdu və həmin qarşılaşmada da daha yaxşı nəticə qazana bilərdilər. “Sabah” ardıcıl hücumlar təşkil edən komandadır. Sabahkı matçda hansı tərəfin forvardları öz şanslarını daha dəqiq dəyərləndirəcəksə, həlledici amil də elə bu olacaq.
– Vaxtilə “Slovan”ın (Bratislava) baş məşqçisi kimi Avropa Liqasında “Qarabağ”a qarşı mübarizə aparmışdınız. Geridə qalan illər ərzində həm öz karyeranızda, həm də Azərbaycan futbolunda nələrin dəyişdiyini düşünürsünüz?
– Bəli, Bakıya ikinci dəfədir gəlirəm. Təxminən 10 il əvvəl bura gəlmişdim. Düşünürəm ki, sabahkı matç da ab-hava baxımından həmin oyuna uyğun və maraqlı keçəcək. Şəhərdə çox böyük inkişaf və dəyişikliklər var. Həmin illər ərzində mənim karyeramda da mühüm dönüşlər oldu, “Slaviya”nın baş məşqçisi postuna gətirildim və böyük uğurlar qazandıq.
– Bukmeykerlər və jurnalistlər bu matçda “Slaviya”nı aşkar favorit görürlər. Bu barədə fikirləriniz nədir?
– Bir neçə il əvvəl Balkan klublarına qarşı oynayanda da oxşar vəziyyət idi. Adları çox tanınmasa da, çox keyfiyyətli futbol oynayırdılar. “Sabah”la oyun bizə böyük təcrübə qazandıracaq. Tərəfdarlarımızın bizə inandığını bilirik və onları məyus etməməyə çalışacağıq.
Ayxan Zayıdzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 12 Oktyabr 2026 20:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















