Icma.az
close
up
RU
Sabahın daha aydın və parlaq olsun Azərbaycan milli mətbuatı!

Sabahın daha aydın və parlaq olsun Azərbaycan milli mətbuatı!

Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

Sabahın daha aydın və parlaq olsun Azərbaycan milli mətbuatı!

Bu gün Azərbaycan mətbuatının yaradılmasının 150 ili tamam olur və rəsmi şəkildə dövlət səviyyəsində tarixi bayramlarımızdan biri kimi təntənəli şəkildə qeyd olunur. Əslində bu gün ölkəmiz tarixində milli qürur, şərəf günüdür və milli mətbuatımızın yaradılması ilə müstəmləkəçiliyə, əsarətə qarşi yeni mübarizə dövrünün əsası qoyuldu. 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli, mədəni, mənəvi şüurumuzda yeni bir dünyagörüşünün formalaşmasına, mübariz ziyalı nəslinin yetişməsinə əvəzsiz töhfələrini verdi. Cəmisi iki il fəaliyyətini davam etdirməsinə baxmayaraq “Əkinçi” qəzeti öz ətrafında tərəqqipərvər bir jurnalist nəsli toplamağa nail oldu. Beləliklə "Əkinçi" qəzeti milli, mədəni inkişafımıza, gələcəyimizə uzanan əbədi, möhkəm və sarsılmaz körpünün əsaslarını qoydu.

İlk milli mətbuatımızın yaranması da bu baxımdan tarixi bir hadisəyə çevrilərək özündən sonra onlarla yeni mətbu nəşrlərin fəaliyyət göstərilməsində önəmli, ilhamverici və ruhlandırıcı bir rol oynadı. Bu da öz növbəsində əsarət dövründə Azərbaycanda müstəmləkə rejiminə qarşı mübarizədə cəsarətli bir nəslin azadlıq bayrağını yeni zirvələrə daşımasına yol açdı. 1918-ci ildə müstəqilliyini elan edənlərin hamısı "Əkinçi" qəzetinin əsasını qoyduğu və yeni milli şüurun təsiri altında formalaşan azadlıqsevər Azərbaycan oğulları idi. Onlar yaxın Şərqdə ilk demokratik cümhuriyyət quraraq bəşəriyyətə demokratiya dərsı keçdilər, dünya tarixində qadınlara seçmək və seçilmək hüququ verdilər, irqindən, cinsindən, rəngindən və dinindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarının təmin etdilər, mətbuatımızı daha da inkişaf etdirdilər və azad, demokratik bir dövlət qurdular. Azərbaycan Rusiya tərəfindən işğal ediləndən sonra həbslərə, sürgünlərə, güllələnmələrə baxmayaraq mətbuatımız milli-azadlıq mübarizələrini yarıgizli şəkildə davam etdirdilər.

Təbii ki, Azərbaycanın azadlıqsevər mətbuatının formalaşmasında 1969-cu ildə Azərbaycana rəhbər təyin edilən Ulu Öndər Heydər Əliyev önəmli rol oynadı. Məhz Heydər Əliyevin Azərbaycana rəhbər təyin edilməsindən sonra mətbuatımız yeni milli, mədəni dirşəliş dövrünə qədəm qoyaraq müstəqillik ideyalarının təbliğinə, milli şüurun formalaşmasına əvəzsiz bir töhfə verdi. Bu da öz növbəsində milli şüur üzərində formalaşan yeni gənc nəslin meydana çıxmasına, mübariz ruhlu jurnalistlərin qələmlərini süngüyə çevirərək xalqımızı azadlıq mübarizəsinə ruhlandırmasına yol açdı. Azərbaycan məhz mübariz jurnalist nəslinin xalqı imperiyaya qarşı qətiyyətli mübarizəyə səfərbər etməsi, ölkəmizə atılan böhtanların ifşa edilməsində verdiyi töhfələr nəticəsində ikinci dəfə öz müstəqilliyini əldə etdi. Bu müstəqilliyi qoruyub saxlamaq, mətbuatımızı daha da inkişaf etdirmək funksiyası isə xalqın tələbi ilə yenidən ölkəmizi idarə etməyə başlayan Ulu Öndər Heydər Əliyevin üzərinə düşdü. Məhz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində mətbuatımız daha yüksək zirvələri fəth etməyə başladı, mətbu orqanların azad fəaliyyətinə yaşıl işıq yandırıldı, onun maddi-texniki bazası möhkəmləndirildi, senzura ləğv edildi. Bu müstəvidə də Ulu Öndər tərəfindən 1998-ci il avqustun 6-da “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman imzalandı. Bu fərman azad mətbuatımızın inkişafında irəliyə doğru atılan daha bir önəmli hadisə oldu.

Azərbaycan mətbuatına dövlət qayğısı və onun inkişafının daim xüsusi diqqət mərkəzində saxlanılması 2003-cü ildə İlham Əliyev Prezident seçildikdən sonra da davam etdiridi. İlham Əliyevin xüsusi qayğısı nəticəsində mətbuatımızın inkişafında və onun azad fəaliyyətinin təmin edilməsində önəmli rol oynayan qurum yaradıldı. Eyni zamanda mətbuatın nəşriyyata olan borcları ləğv edildi, jurnalistlərin maddi-sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeni yaşayış binaları inşa edildi. Bu da evsiz jurnalistlərin mənzillə təmin edilməsinə imkan verdi. Azərbaycan mətbuatı ölkə rəhbərliyinin diqqət və qayğısına cavab olaraq qələmləri ilə dövlətçiliyimizin yad nəfəslərdən qorumasına, milli, mədənı şüurun formalaşdırılmasına öz töhfələrini verdilər. Biz bunun 2016-cı il aprel döyüşlərində və 2020-ci il 44 günlük müharibə dövründə də aydın şəkildə şahidi olduq. Fədakar jurnalistlərimizin bir çoxu qələmlərini süngüyə çevirərək bu müzəffər dolu mübarizədə iştirak etdilər. Mətbu orqanlarımız Azərbaycan həqiqətlərinin dünyaya çatdırlması üçün gecə-gündüz bilmədən çalışdılar. Bu baxımdan 44 günlük müharibə Azərbaycan tarixi ilə yanaşı, həm də mediamızın zəfər tarixidir.

Bu gün Azərbaycan mətbuatı Ali Baş komandan, Qarabağ fatehi Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verməkdə davam edirlər.

Milli mətbuatımızın yaradılmasının 150 illik yubileyi günündə bütün həmkarlarımı təbrik edir, onlara daha böyük uğurlar arzulayıram. Sabahın daha aydın və parlaq olsun Azərbaycan milli mətbuatı!

"Oxuməni" qəzetinin Baş redaktoru Emin Axundov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 22 İyul 2025 07:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri