ADPU da tədbir Şanlı zəfərin izində
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Şanlı zəfərin izində” adlı ədəbi-bədii tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxışında qeyd edib ki, 2020-ci ilin payızında xalqımız tarixinin ən mühüm qələbələrindən birini qazanıb. Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edib və ölkəmizin ərazi bütövlüyü təmin olunub.
Tədbirin bədii hissəsində tələbələr tərəfindən hazırlanmış vətənpərvərlik mövzulu milli musiqilər, rəqslər, şeir kompozisiyaları və qəhrəmanlıq səhnələri təqdim edilib.
Sonda ADPU THİK sədri Cəmilə Qurbanova Zəfər Günü münasibətilə iştirakçıları təbrik edərək bu əlamətdar günün hər kəs üçün qürur və birlik rəmzi olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 06 Noyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















