“Sabah”ın hücumçusunun imtina etdiyi klublar EKSKLÜZİV
Icma.az bildirir, sport24.az portalına istinadən.
"Sabah" futbolçusu Coy-Lens Mikelsə maraq göstərən klubların adları məlum olub. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "Bursaspor"la yanaşı, I Liqaya vəsiqə qazanan "Mardin 1969" da hücumçuya rəsmi təklif göndərib.
Hətta forvarda təklif olunan maaş şərtlərinin onu qane etdiyi bildirilir.
Lakin Mikelsin ailəsinin Bakıda yaşamaq istəməsi səbəbindən transfer baş tutmayıb.
Əldə etdiyimiz digər məlumata əsasən, "Sivasspor" və "İğdır" da futbolçuya rəsmi təklif göndərən klublar sırasında yer alıb.
Xatırladaq ki, Coy-Lens Mikels "Sabah"la müqaviləsini daha iki il uzadıb. Ruanda millisinin də üzvü olan hücumçu Bakı təmsilçisi ilə 1 dəfə Azərbaycan çempionu olub, 2 dəfə isə ölkə kubokunu qazanıb. Mikels Misli Premyer Liqasının 2025/2026 mövsümündə keçirdiyi 25 oyunda 19 qol vuraraq çempionatın bombardiri adına sahib çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 29 May 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















