“Sabah”ın hücumçusunun Qazaxıstan klubuna keçidi ilə bağlı iddialara yekun qoyulub
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanın “Sabah” futbol klubunun almaniyalı hücumçusu Coy-Lens Mikelsin Qazaxıstan Premyer Liqası komandalarından birinə keçidi gündəmdə deyil.
İdman.Biz ASnews.kz-yə istinadən yaydığı məlumata görə, mətbuatda yer alan iddialara baxmayaraq, 31 yaşlı futbolçu hazırda Qazaxıstan çempionatında çıxış edən klublarla heç bir danışıqlar aparmır.
Oyunçunun nümayəndəsi Merih Türker Qazaxıstan mətbuatına açıqlamasında bildirib ki, hazırda onlarla heç kim əlaqə saxlamayıb və yayılan xəbərlər saxtadır.
Qeyd edək ki, Mikkels hazırda Azərbaycan çempionatının ən məhsuldar futbolçusudur.
“Sabah”da çıxış edən hücumçu 13 oyunda səkkiz qol və üç məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir və gələcəkdə daha statuslu liqada çıxış edəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 17 Dekabr 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















