Icma.az
close
up
RU
“Sabah”ın legioneri çempionluq barədə: “Hələ nəticə çıxarmaq üçün tezdir” MÜSAHİBƏ

“Sabah”ın legioneri çempionluq barədə: “Hələ nəticə çıxarmaq üçün tezdir” MÜSAHİBƏ

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Sabah"ın futbolçusu Stiv Solvetin Sport24.az-a müsahibəsi
- Misli Premyer Liqasının XVI turunda səfərdə "Sumqayıt"ı məğlub etdiniz. Oyun haqqında nə deyə bilərsən?
- Yaxşı oyun keçirdik. İli uğurla başa vurmaq vacib idi. Şadam ki, buna nail ola bildik.
- "Sabah" çempionatda mövsümün ilk yarısını birinci pillədə başa vurdu. Səncə, uğurlu çıxışın sirri nədir?
- Çox keyfiyyətli və güclü komandamız, yaxşı baş məşqçimiz var. Hamı birlikdə böyük zəhmətlə çalışır. Komandamızda kollektiv ruh yüksəkdir. Bu da meydanda özünü göstərir.
- Artıq demək olar ki, mövsümün yarısı geridə qalıb. Azərbaycanda "Qarabağ" neçə ildir ki, çempion olur. Səncə, onların bu seriyasına son verə biləcəksiniz?
- Hələ nəticə çıxarmaq üçün tezdir. Diqqətimizi öz üzərimizdə və gördüyümüz işdə saxlamalıyıq. İndi fasilə vaxtıdır, dincələcəyik və çempionat bərpa olunanda hazır şəkildə qayıdacağıq.
- Yayda "Sabah"a keçmisən. Hazırkı komandan və Azərbaycan Premyer Liqasının səviyyəsi haqqında fikirlərin maraqlıdır...
- Komandamızda gənc və təcrübəli futbolçuların yaxşı balansı var. Mövsümün əvvəlindən bu yana inkişaf etmişik. Bir yerdə oynamaqdan zövq alırıq. Ən vacib məqam da budur. Çempionat güclüdür, yaxşı komandalar var.
- Misli Premyer Liqasının ilk 16 matçının hər birində 90 dəqiqə oynamısan, üç qol da vurmusan. Bu stabil çıxışın haqqında nə deyə bilərsən. Səncə, artıq komandanın əvəzolunmaz üzvünə çevrilmisənmi?
- Burada özümü yaxşı hiss edirəm. Klub, baş məşqçi və məşqçi heyəti mənə güvənib və bu, mənim üçün çox önəmlidir. Bu etimadı doğrultmaq istəyirəm. Heç kim əvəzolunmaz deyil. Amma klubun yaxşı nəticə qazanması üçün komandada olan hər kəs vacibdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:259
embedMənbə:https://sport24.az
archiveBu xəbər 24 Dekabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri