Sabiq Baş nazir: “İran nüvə gücünə çevrilməyə yaxındır”
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
“Nüvə başlığı yaratmaq üçün Tehrana bir neçə gün və ya bir neçə həftə, yaxud doqquz aydan bir ilədək vaxt lazımdır”
“İran nüvə dövlətinə çevrilməyə yaxındır”. AYNA xəbər verir ki, bu sözləri İsrailin keçmiş Baş naziri Ehud Barak “Politico”ya müsahibəsində deyib.
“İran faktiki olaraq nüvə dövlətinə çevrilmək ərəfəsindədir. Nüvə başlığı yaratmaq üçün Tehrana bir neçə gün və ya bir neçə həftə, yaxud doqquz aydan bir ilədək vaxt lazımdır”, - Barak vurğulayıb.
Keçmiş Baş nazir istisna etmir ki, İsrail hökumətinin başçısı Benyamin Netanyahunun İrana qarşı eskalasiya və nüvə obyektlərinə zərbə endirmək planı olsun.
“İndiyə qədər ABŞ Prezidenti Co Bayden onu belə bir addımdan çəkindirib. Məncə, Ağ Evin seçilmiş rəhbəri Donald Tramp da eyni mövqedən çıxış edəcək”, - sabiq Baş nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 20 Noyabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















