Sabiq Baş nazir: Maddi sıxıntılarım var
Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.
Türkiyənin sabiq Baş naziri, hazırda Gələcək Partiyasının lideri olan Əhməd Davudoğlu madi sıxıntıdan şikayətlənib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, NOW TV-də açıqlama verib.
O, keçmiş Baş nazir və nazirlərin vəzifədən ayrıldıqdan sonra özəl şirkətlərin direktorlar şurasında təmsil olunmasına normal hal kimi yanaşmadığını diə gətirib.
Davudoğlu bildirib ki, ona çoxsaylı beynəlxalq Araçdlırma Mərkəzlərindən iş təklifləri olub, lakin hamısına "yox" deyib:
"Sizcə, mənə çox təklif gəlmir? Açığı, maddi çətinliklər yaşayıram. Həyat yoldaşımla hər ikimiz işləyirik. Keçmiş Baş nazir kimi təmsilçilik baxımından çətinliklərdən azad deyiləm. Xarici qonaqları dövlət ərkanı olaraq Baş nazir kimi qarşılamalısınız. Məni çətin vəziyyətə salan şeylər var. Bunu şikayət etmək üçün demirəm. Biz özümüz idarə edirik, amma dövlətin nüfuzu, ərkanı, gələnəyi baxımından keçmiş Baş nazir və nazirlər maddi problemlərə görə şirkətlərdə işləməsi dövlətin nüfuzuna xələl gətirir. Bunu unutmamaq lazımdır. İnanın, məhz bu səbəbdən çoxlu tıəklifləri, hətta beynəlxalq təşkilatlardan gələn iş təkliflərini geri çevirirəm".
Davudoğlu daha sonra xalqın hazırkı sosial iqtisadi durumuna diqqət çəkərək, məqsədinin özünün maddi vəziyyətinə diqqət çəkmək olmadığını deyib.
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 17 Fevral 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















