Icma.az
close
up
RU
Sabiq deputat: Mehdiyev Milli Təhlükəsizlik Haqqında Qanunun maddələri ilə də təqsirləndirilməlidir

Sabiq deputat: Mehdiyev Milli Təhlükəsizlik Haqqında Qanunun maddələri ilə də təqsirləndirilməlidir

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ramiz Mehdiyev sözügedən üç maddə (CM-nin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) ilə yanaşı "Milli Təhlükəsizlik Haqqında" Qanunun 16 (Azərbaycan Respublikasının siyasi sahədə milli təhlükəsizliyinin təmin olunması) və 17-ci (Azərbaycan Respublikasının iqtisadi sahədə milli təhlükəsizliyin təmin olunması) maddələri ilə də ittiham edilməlidir".

Bu sözləri Oxu.Az-a açıqlamasında sabiq deputat, siyasi elmlər doktoru Cümşüd Nuriyev Ramiz Mehdiyevin planlaşdırdığı "çevrilişi" həyata keçirmək üçün Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə ünvanladığı məktubu şərh edərkən deyib.

Onun sözlərinə görə, Ramiz Mehdiyev Azərbaycanda milli dəyərləri məhv edib, ölkənin siyasi təhlükəsizliyini təhlükə altında qoyub:

"Əsas təhlükələr iki yerə bölünür: xarici və daxili təhdidlər. Ramiz Mehdiyev hər ikisini eyni vaxtda həyata keçirib və ya buna cəhd edib. O, Rusiyaya müraciət etməklə xarici təhdid üçün şərait yaradıb. Eyni zamanda, "dövlət şurası"nı gündəmə gətirməklə, dövlət çevrilişinə cəhd edib. Əgər hər hansı bir dövlətin konstitusion quruluşunun dəyişdirilməsinə çalışılırsa, bu, dövlət çevrilişi cəhdi kimi qiymətləndirilir. Həm də Ramiz Mehdiyev bununla iqtisadi təhlükənin, siyasi böhranın olmasını gündəmə gətirir. Yəni ölkənin həm qanunverici, həm icraedici, həm də məhkəmə hakimiyyətini dəyişib "dövlət şurası" yaratmaq istəyib. Halbuki, Ramiz Mehdiyev uzun müddət dövlət idarəçiliyində olmuş şəxs kimi, Prezident İlham Əliyevin gördüyü bu qədər işlərə kölgə salmağa çalışır, Azərbaycan dövlətinə şər atır. Müstəqilliyinin 34 ili tamam olan bir ölkəni ittiham etmək, idarəçilik formasını dəyişdirməyə cəhd göstərmək təhlükəli bir oyundur və Azərbaycanın müstəqillik dövründə əldə etdiklərini qaralamaq istəyidir. Ümumiyyətlə, Ramiz Mehdiyev Azərbaycanda siyasi əxlaqsızlığın təbliğatını aparıb".

"Amma mənə elə gəlir ki, hələ bir çox məsələlərin üstü açılacaq. Çünki məhz Ramiz Mehdiyev qədər Azərbaycan elminə, siyasətinə, mədəniyyətinə zərbə vuran olmayıb. Ona görə də Ramiz Mehdiyevin elədikləri ciddi təhlil olunmalı, analiz edilməli və ondan sonra qiymət verilməlidir. Artıq cəmiyyət də başa düşəcək ki, bu adam Azərbaycan üçün hansı bəlaları gətirib", - deyə sabiq deputat əlavə edib.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://oxu.az
archiveBu xəbər 28 Oktyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri