Icma.az
close
up
RU
Sabiq deputat: Həbsxanalarda qanunun aliliyi təmin olunmalıdır

Sabiq deputat: Həbsxanalarda qanunun aliliyi təmin olunmalıdır

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


“Həbsxanalardakı vəziyyətlə bağlı həmişə narahatlığımızı ifadə etmişik. Sovet dövründə adətən həbsxanalarda vəziyyətin qanundankənar vasitələrlə nəzarət mexanizmlərinin həyata keçirilməsindən şikayətlənirdik. Bu da yolverilməzdir. Təəssüf ki, indi də belə hallara rast gəlirik, çoxlu məlumatlar alırıq. Yeməklərin keyfiyyətsiz olması, məhbuslarla normal davranılmaması... Sovet dövründən bəri, hətta hakim olanda da qarşımdakı müttəhimə, müqəssirə bir insan kimi baxmışam və özümü onun yerinə qoymuşam. Birinci düşünmək lazımdır ki, həbsdə olanlar insandırlar, vətəndaşdılar”.
Reyting.az
xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında sabiq deputat Tahir Kərimli deyib.
T.Kərimli qeyd edib ki, məhbusların bir çoxu əsəbi halda, ictimai mühitin pozğunluğuna qoşulub, narkotik çəkənlərin əhatəsinə düşüb və cinayətlər törədiblər: “Milli Məclisdə də dəfələrlə bu məsələni qaldırırdım. Həbsxanaya deputat kimi səfərlərimizdə də deyirdim ki, bir sıra dövlətlərdə narkotik aludəçilərini müalicəyə göndərirlər. Biz isə həbsxanaya göndəririk. Az qala həbsxanalarda hər üç nəfərdən ikisi narkotiklə bağlı məhkum olunub. Bunu aradan qaldırmaq lazımdır. Ora çəkilən xərcin yarısından azını çəkməklə həmin şəxslərin müalicəsini təşkil etmək olar. Onları tərbiyə edib, cəmiyyətə qaytarmaq lazımdır ki, faydalı vətəndaş olsunlar. Həbsxanada anket məlumatları da, şəxsiyyətləri də korlanır. Bu kimi hallar baş alıb gedir. Ümid edirdim ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətin rəhbərliyi dəyişdikdən sonra bu məsələlər yoluna qoyular. Yenə də ümidimi üzmürəm. Hesab edirəm, köklü dəyişikliklərə mütləq şərait yaradılmalı, bütün həbsxanalarda qanunun aliliyi təmin olunmalı, qanundankənar vasitələrlə təsir imkanları aradan qaldırılmalıdır", - o bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 Noyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri