Icma.az
close
up
RU
Sabiq deputat spikeri təbrik etdi

Sabiq deputat spikeri təbrik etdi

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın 70 illik yubileyidir. Sabiq deputat, elm və təhsil bilicisi Etibar Əliyevin spikerin yubileyi ilə bağlı feysbuk paylaşımını təqdim edirik:

19 mart Azərbaycan Respublikası Milli Məclisinin sədri, professor Sahibə Əli qızı Qafarovanın doğum günüdür. Sahibə xanım zəngin bioqrafiyaya malik olan ictimai-siyasi və elm xadimidir.

Bioqrafiya “bios”u, yəni insan həyatının intellektual rekonstruksiyasını, onun tükənməz fəaliyyətini nəzərdə tutur. İnsan üçün yaşamaq ətraf aləmlə, coğrafi, siyasi və sosial mühitlə qarşılıqlı əlaqədə olmaq deməkdir. Bu dünya təkcə insanlardan deyil, ictimai həyat, müasir tendensiyalar, zamanın ruhu adlanan bir şeyləri təşkil edən adətlərdən, zövqlərdən, üstün tutduğumuz dəyərlərdən, dünyagörüşündən, ənənələrdən, inanc sistemindən, standartlardan ibarətdir. Bütün bunlar insana uşaq yaşlarında ailə, məktəb, sosial əhatə, həmçinin kitablar və qanunlar vasitəsilə aşılanır. Və sosial dünyanın böyük bir hissəsi bizim əsl "Mən"imizin tərkib hissəsinə çevrilir, lakin eyni zamanda bizim mövcud olanlarla, həyata keçirilənlə və deyilənlərlə bu və ya digər dərəcədə üst-üstə düşən inanclarımız, rəylərimiz, planlarımız və zövqlərimizi yaradır. Bu məqamlar xüsusilə görkəmli şəxsiyyətlərin həyat fəlsəfəsinin mahiyyətidir.

Sahibə Qafarova 1955-ci il martın 19-da Şəmkir şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dillər Universitetinin İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Əməkdar müəllimdir. Bir neçə dərsliyin, dərs vəsaitinin, monoqrafiyanın və elmi məqalələrin müəllifidir. İngilis və rus dillərini mükəmməl bilir.

1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləmişdir. 1981–2000-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, 2000–2020-ci illərdə Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, Avropa dilləri kafedrasının müdiri, Beynəlxalq əlaqələr üzrə prorektoru (2010–2020-ci illərdə ictimai əsaslarla) olmuşdur. 2006-cı ildə ABŞ Dövlət Departamentinin “Fulbright Scholarship” proqramı çərçivəsində Miçiqan Universitetinin Gender Araşdırmaları İnstitutunda çalışmışdır.

2018–2020-ci illərdə Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmişdir.

Mən Sahibə xanımı kreativ düşüncəli, dialoqa açıq, qayğıkeş, yüksək natiqlik qabiliyyətinə malik olan intellektual Spiker kimi tanımışam.

Milli Məclisin sədri hörmətli Sahibə xanım Qafarovanı 70 yaşının tamam olması münasibətilə təbrik edirəm.

Ona gələcək fəaliyyətində uğurlar arzulayıram.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Mart 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri