Icma.az
close
up
RU
Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var

Sabiq icra başçısının qardaşına qarşı dələduzluq edən şəxslərdən xəbər var

Icma.az bildirir, Mia.az portalına istinadən.

Ali Məhkəmədə Bakıda müxtəlif şəxslərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Hacıyev Rəşad Elxan oğlu və tanışı Müseyibov Rasim Ramiz oğlunun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, Dələduzluğa məruz qalan şəxslərdən biri də 2019-cu ildə vəfat edən Cəbrayılın sabiq icra başçısı Mahmud Quliyevin qardaşı Hümbət Səfərovdur.

Belə ki, Rəşadla Rasim Səfərov Hümbət Nayfalı oğlunun mülkiyyətində olan və 4.500.000 manata satışa təklif etdiyi Bakı şəhəri NZS qəsəbəsində yerləşən “Karnaval Hall” şadlıq sarayının 5.200.000 manata qiymətləndirilərək satılmasına köməklik edəcəklərinə dair yalan vəd verib.

Sabiq icra başçısının qardaşını aldadan şəxslər 2021-ci ilin yanvarında daşınmaz əmlakın qiymətləndirilməsi üçün ondan 5.000 manat alıblar. Tanışların növbəti yalanı isə daha maraqlı olub. Belə ki, Rəşadla Rasim Hümbət Səfərovun restoranını almaq üçün guya tapdıqları müştərinin pullarının xaricdə olduğunu, məbləğin Bakıya çarter reysi ilə gətirləcəyini bildiriblər. Bu məqsədlə sabiq icra başçısının qardaşından daha 30 min dollar alıblar. Ancaq bu, sonuncu dələduzluq olmayıb. Tanışlar alqı-satqı baş tutduqdan sonra qaytarılacağını bildirməklə müxtəlif bəhanələrlə Hümbət Səfərovdan daha 73.000 manat mənimsəyiblər. Ümumilikdə Hümbət Səfərova qarşı 129.000 manat məbləğində dələduzluq edilib.

Məhkəmənin hökmü ilə Hacıyev Rəşad Elxan oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Müseyibov Rasim Ramiz oğlu da eyni maddə ilə təqsirli bilinib və 5 il həbs cəzasına məhkum edilib. Rasimə təyin edilmiş cəza 2 il sınaq müddəti təyin olunmaqla şərti hesab edilib. Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, Hümbət Səfərovun Cəbrayılın sabiq icra başçısı Mahmud Quliyevlə qardaş olsalar da, soyadları fərqlidir. Hümbət Səfərov eyni zamanda “Elmed” klinikasının sahibidir.

Onu da əlavə edək ki, Hümbət Səfərov bir neçə il öncə 400 min manatlıq dələduzluq ittihamı ilə gündəmə gəlmişdi. Belə ki, Cəbrayıl rayon sakini Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək, 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Səfərov Hümbət Nayfalı oğluna Bakı şəhəri, Telnov kuçəsi 3 B ünvanında yerləşən şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini bildirmişdi. H.Səfərov isə həmin dövrdə mətbuata açıqlamasında iddiaları yalanlamışdı(Pravda).

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://mia.az
archiveBu xəbər 25 Noyabr 2024 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri