Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

ChatGPT də problem yarandı

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Samiq Sadıxov vəzifəsindən azad edildi

Sabiq müşavir: Almaniya Azərbaycana Avropanın dayanıqlı enerji keçidində əsas tərəfdaş kimi baxır MÜSAHİBƏ

Sabiq müşavir: Almaniya Azərbaycana Avropanın dayanıqlı enerji keçidində əsas tərəfdaş kimi baxır MÜSAHİBƏ

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 aprel, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC-ın alman ekspert, Almaniyanın Federal İqtisadi İnkişaf və Xarici Ticarət Assosiasiyasının İdarəedici direktoru, Almaniya Bundestaqının sabiq siyasi müşaviri Urs Unkauf ilə müsahibəsini təqdim edirik.

– Almaniya Prezidentinin Azərbaycana səfərinin nəticələrini necə qiymətləndirirsiniz və bu səfər ikitərəfli iqtisadi əlaqələrə necə təsir göstərəcək?

– Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm mərhələ oldu. Bu, Almaniya dövlət başçısının Azərbaycana ilk rəsmi səfəri idi və əməkdaşlığın dərinləşlməsi üçün möhkəm təməl yaratdı. Xüsusilə energetika, ticarət və investisiya sahələrində əməkdaşlıq imkanları ön plana çəkildi. Səfər çərçivəsində aparılan danışıqlar və əldə olunan razılaşmalar şübhəsiz ki, iqtisadi əlaqələrin möhkəmlənməsinə və yeni birgə layihələrin reallaşmasına töhfə verəcək. Energetika, infrastruktur və texnologiyalar sahəsinə xüsusi diqqət yetirildi ki, bu da Almaniya tərəfindən Azərbaycan iqtisadiyyatına investisiyaların artmasına gətirib çıxara bilər.

Bundan əlavə, Almaniyanın dayanıqlı inkişaf və innovasiyalara verdiyi önəmi nəzərə alaraq, hər iki ölkənin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qlobal bazarlara daha fəal inteqrasiyası istiqamətində sıx əməkdaşlıq edəcəyi gözlənilir.

– Almaniya ilə Azərbaycan arasında mövcud iqtisadi-ticarət münasibətlərin səviyyəsi haqda nə deyə bilərsiz?

– Ticarət baxımından Azərbaycan Almaniyanın Cənubi Qafqazda aparıcı ticarət tərəfdaşı mövqeyindədir. 2024-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi demək olar ki, üç dəfə artıb ki, bu da iqtisadi əlaqələrin dinamik inkişafından xəbər verir.

2024-cü ildə Almaniyanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 75,3 milyon dollara çataraq, əvvəlki illə müqayisədə 2,83 dəfə artıb (2023-cü ildə bu rəqəm 26,5 milyon dollar idi). Almaniyanın ümumi birbaşa xarici investisiyalardakı payı 1,1 faiz təşkil edir. Eyni zamanda, 2024-cü ilin yanvar-noyabr aylarında Almaniyanın payına ölkənin ümumi xarici ticarət dövriyyəsinin 3,3 faizi düşüb. Bu göstərici Almaniyanı Azərbaycanın altıncı ən böyük ticarət tərəfdaşı edir. Həmin dövrdə ikitərəfli ticarət dövriyyəsinin həcmi 1,4 milyard dollara çatıb ki, bu da iqtisadi əməkdaşlığın yüksək səviyyədə olduğunu və gələcəkdə daha da inkişaf etdirilə biləcəyini göstərir.

– Almaniya Azərbaycanın Avropanın dayanıqlı enerji keçidindəki rolunu necə qiymətləndirir?

– Almaniya Azərbaycanı Avropanın dayanıqlı enerji keçidi prosesində açar tərəfdaş kimi görür. Strateji mövqeyi, böyük enerji istehsalçısı statusu və enerji mənbələrinin şaxələndirilməsi istiqamətində atdığı fəal addımlar sayəsində Azərbaycan Avropanın daha ekoloji təmiz və bərpaolunan enerji mənbələrinə keçidində mühüm rol oynayır. Xüsusilə günəş və külək enerjisi, eləcə də yaşıl hidrogen kimi təmiz enerji texnologiyaları sahəsində əməkdaşlıq üçün böyük potensial mövcuddur. Avropa fosil yanacaq növlərindən asılılığı azaltmağa çalışdığı bir vaxtda, Azərbaycanın təklif etdiyi etibarlı və ekoloji cəhətdən təhlükəsiz enerji həlləri Avropa İttifaqının ambisiyalı iqlim hədəflərinə çatmaqda mühüm rol oynayacaq.

– Almaniya üçün enerji təchizatı kontekstində Azərbaycan nə dərəcədə mühüm tərəfdaşdır?

– Azərbaycan Almaniya üçün enerji təchizatı sahəsində, xüsusilə enerji mənbələrinin şaxələndirilməsi kontekstində mühüm tərəfdaşdır. Avropanın ənənəvi enerji təchizatçılarından asılılığı azaltmağa çalışdığı bir şəraitdə Azərbaycanın, xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə təbii qaz tədarükündə əsas iştirakçı kimi rolu xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın enerji resursları Almaniyanın texnoloji potensialı və təcrübəsi ilə birləşərək Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və gələcəkdə sabit və dayanıqlı enerji təchizatının təmin olunmasına töhfə verə bilər. Enerji təchizatı marşrutları və mənbələrinin şaxələndirilməsində qarşılıqlı maraq Azərbaycanın Almaniya üçün əhəmiyyətli tərəfdaş olmasını daha da artırır.

– Bərpaolunan enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün hansı addımlar atılır?

– Almaniya və Azərbaycan bərpaolunan enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinə sadiqliklərini açıq şəkildə nümayiş etdirirlər. Yaşıl enerji sahəsində qabaqcıl texnologiya və təcrübəyə malik olan Almaniya Azərbaycanla birlikdə külək və günəş enerjisi, eləcə də yaşıl hidrogen istehsalı layihələrinin həyata keçirilməsi üzrə tərəfdaşlıq etməyə maraqlıdır. Əsas addımlar arasında birgə elmi tədqiqatlar, texnologiyaların ötürülməsi və infrastruktur layihələrinə investisiyalar yer alır. Xüsusilə Azərbaycanın sahilyanı və yarımsəhra bölgələrində bərpaolunan enerji potensialından səmərəli istifadə edilməsinə imkan verəcək konkret əməkdaşlıq formaları müzakirə olunur. Almaniya isə bu istiqamətdə yüksək texnologiyalı həllərin tətbiqini dəstəkləməyə hazırdır. Bu cür tərəfdaşlıq ekoloji cəhətdən təmiz enerji keçidini sürətləndirmək və dayanıqlı enerji gələcəyini qurmaq baxımından böyük əhəmiyyət kəsb edir.

– Almaniya Azərbaycanın ərazisindən keçən nəqliyyat və logistika dəhlizlərinin inkişafında maraqlıdırmı? Azərbaycanın Orta Dəhlizdə əsas iştirakçı kimi rolunu necə qiymətləndirirsiniz və bu istiqamətdə əməkdaşlıq perspektivləri nədən ibarətdir?

– Almaniya Azərbaycanın ərazisindən keçən nəqliyyat və logistika dəhlizlərinin inkişafında həqiqətən, böyük maraq göstərir. Avropa ilə Asiyanın qovşağında yerləşən strateji mövqeyinə görə Azərbaycan Orta Dəhliz marşrutu üzrə effektiv ticarət və yükdaşımaların təmin olunmasında vacib tərəfdaş kimi qiymətləndirilir. Almaniyanın inkişaf etmiş logistika infrastrukturu, bu sahədəki yüksək təcrübəsi, bununla yanaşı Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi üçün böyük birgə əməkdaşlıq potensialı mövcuddur. Orta Dəhliz ənənəvi nəqliyyat marşrutlarından asılılığın azalmasına, ticarətin genişlənməsinə və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edən əsas nəqliyyat yolu kimi qiymətləndirilir. Bu sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsi hər iki ölkəyə bu mühüm nəqliyyat əlaqəsinin inkişafına töhfə verməyə, ticarət dövriyyəsini artırmağa və Avropa ilə Asiya arasında iqtisadi münasibətləri daha da gücləndirməyə imkan yaradacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see240

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see216

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see210

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see195

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see192

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see175

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see173

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see156

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see148

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see139

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see126

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see122

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see119

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see119

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see118

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri