Icma.az
close
up
RU
Azərbaycanda qızıl 35 40 faiz BAHALAŞIB

Azərbaycanda qızıl 35 40 faiz BAHALAŞIB

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya bazarında sürətlə qızıl bahalaşmaqda davam edir. Bu gün səhər saatlarında bir unsiya üçün qızılın qiyməti 3 min dolları ötüb və yeni rekord qırıb. Bahalaşma Azərbaycan bazarından da yan keçməyib.

Modern.az-a danışan “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri, Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov bildirib ki, 2024-cü ildə qızılın qiymətlərində əhəmiyyətli artım qeydə alınıb və bu yüksəliş 2025-ci ildə də davam edir.

“2024-cü ildən etibarən qızılın dəyəri orta hesabla 35-40% yüksəlib. Qızılın qiymətləri London Qiymətli Külçələr Bazarı Assosiasiyası (LBMA) tərəfindən müəyyən edilir və hazırda dünya bazarında 2,990–3,000 ABŞ dolları diapazonunda dəyişir. Son 2 gündə qızılın qiyməti tarixi maksimuma çataraq 3,000 ABŞ dollarını keçərək rekord göstərici qeydə alınıb. 

Qızılın bahalaşması nəticəsində məmulatların bütün əyarlarının qiymətində artım müşahidə edilir. Hazırda həm dünya, həm də yerli bazarda 585, 750 və 999.9 əyarlı qızılın qiymətləri dünya qızıl birjasındakı göstəricilərə uyğun olaraq yüksəlib. Qızıl-zinət əşyaları ilə yanaşı, qızıl sikkə və külçələrin qiymətində də nəzərəçarpacaq qiymət artımına paralel olaraq yüksəliş baş verib.

Lakin qiymətli daşlar və brilyantlarda ümumilikdə qiymət dəyişiklikləri metaldakı kimi kəskin olmayıb. Brilyantlar və digər qiymətli daşların qiymətləri, əsasən, tələbat və təklif balansına, eləcə də daşların keyfiyyətinə parametrlərinə əsasən formalaşır. Metal bazarına nisbətən daha sabit və spesifik təchizat bazasına malik olan qiymətli daşlar bazarında dəyişikliklər daha az nəzərə çarpır və bu bazar, ümumiyyətlə, qızılın qiymətindəki kəskin artımlara eyni sürətlə cavab vermir.

Bununla yanaşı, qızılın bahalaşması təkcə zinət əşyaları sektoruna deyil, sənayenin müxtəlif sahələrində istifadə olunan digər qiymətli metallara da təsir göstərir. Xüsusilə gümüş, platin və palladiumun qiymətlərində də əhəmiyyətli artım müşahidə edilir ki, bu da onların sənaye və texnologiya sahələrində geniş tətbiq olunması ilə bağlıdır. Son dövrlərdə xüsusilə gümüş investorların marağını çəkməyə başlayıb”, - o qeyd edib.

R.Əmircanov bildirib ki, qızılın bahalaşması bazarda alıcılıq qabiliyyətinin azalmasına və müəyyən dərəcədə durğunluğa səbəb olub:

“Xüsusilə 585 və 750 əyarlı zərgərlik məmulatlarının qiymət artımı alıcı marağının azalmasına gətirib çıxarıb. Bunun əksinə olaraq, gümüş məmulatlarının satışında bu durğunluq daha az hiss olunur və ticarət daha stabil davam edir.

585 və 750 əyarlı qızıl-zinət əşyalarının satışında durğunluq müşahidə edildiyi halda, 999.9 əyarlı qızıl sikkə və külçələrə olan tələbat artmaqdadır. Bir çox ölkələrin mərkəzi bankları öz valyuta ehtiyatlarını yüksək əyarlı qızılla artırır. Eyni zamanda, fərdi investorlar da iqtisadi qeyri-sabitlik şəraitində maliyyə vəsaitlərini qorumaq üçün yüksək əyarlı qızıl alırlar. Bu məhsullar etibarlı sərmayə vasitəsi kimi qəbul edilir və dəyər saxlamaq baxımından daha etibarlı aktiv hesab olunur.

Azərbaycan Zərgərlik Assosiasiyasının araşdırmalarına əsasən, ölkədə zərgərlik məhsullarının satışı əsasən toy və nişan mərasimləri ilə bağlıdır. Mövsümi amillər bazara ciddi təsir göstərir. Məsələn, Ramazan və Məhərrəmlik aylarında toy məclislərinin keçirilməməsi səbəbindən bu dövrdə alıcılıq qabiliyyəti təxminən 50% azalır. Bunun əksinə, 8 Mart və Novruz bayramları ərəfəsində bazarda aktivlik artır.

Toy və nişan mərasimləri zərgərlik bazarının təxminən 70%-ni təşkil edir və bu da həmin dövrlərdə satışların yüksəlməsinə səbəb olur. Ümumilikdə, qızıl bazarında mövsümi amillər və alıcı davranışları mühüm rol oynayır”.

Komitə sədri qeyd edib ki, dünya bazarındakı qiymət dəyişiklikləri yerli bazara birbaşa təsir göstərir. London Qiymətli Külçələr Bazası (LBMA) tərəfindən müəyyən edilən qiymətli metalların qiymətləri, xüsusilə qızılın qiyməti, yerli bazarda qiymət artımını şərtləndirir:

“Son aylarda qızılın qiymətindəki yüksəliş, 585, 750 və 999.9 əyarlı qızılın qiymətlərinin yerli bazarda da orta hesabla 35-40% artmasına səbəb olub.

Qlobal iqtisadi və siyasi amillər Azərbaycanın qızıl bazarına təsir edir. Dünya bazarında qiymət artımı, ölkəmizdə qızıl və digər qiymətli metallara olan tələbatı artırır. Bu, idxal olunan qızıl məmulatlarının qiymətlərinin dünya bazarındakı artışla paralel olaraq yüksəlməsinə yol açır. Müşahidələr göstərir ki, yerli bazarda qızılın dəyəri hər gün dünya bazarındakı qiymət dəyişikliklərinə uyğun olaraq artır.

Bu proses, həm istehlakçılar, həm də investorlar üçün iqtisadi təsirlər yaradır və qızılı strateji bir aktiv olaraq daha da önəmli edir. Dünya qızıl birjasında baş verən dəyişikliklər, Azərbaycanın qızıl bazarına təsir göstərərək qiymət artımının davam etməsinə səbəb ola bilər. Bu da yerli bazarda qiymətlərin yüksək qalmasına yol açacaq. Azərbaycanın qızıl bazarının qlobal qiymət dəyişikliklərinə uyğun olaraq inkişaf etməsi gözlənilir”.

Həmsöhbətimizin dediyinə görə, qızılın qiymətinin artmağa davam edəcəyi proqnozlaşdırılır:

“Dünya iqtisadiyyatındakı qeyri-sabitlik, qlobal iqtisadi və siyasi qeyri-müəyyənliklər, eləcə də inflyasiya təzyiqlərinin artması bu tendensiyanın davam edəcəyini göstərir. Hazırda bazarda stabillik yaratmaq üçün güclü əsaslar mövcud deyil. Bu şəraitdə, yaxın aylarda qızılın qiymətinin 3,000 ABŞ dollarını keçəcəyi gözlənilir. Nüfuzlu maliyyə institutlarının qiymətləndirmələrinə əsasən, ilin sonrakı dövrlərində qızılın qiymətinin 3,000–3,300 ABŞ dolları arasında ticarət edəcəyi ehtimal olunur.

2025-ci il üçün qızıl bazarına dair proqnozlar qiymətlərin artacağını gücləndirir. Hazırkı qlobal vəziyyət, qızılın təhlükəsiz investisiya vasitəsi kimi mövqeyini bir daha təsdiqləyir. Bu şəraitdə investorlar ənənəvi olaraq etibarlı aktivlərə, o cümlədən qızıla üstünlük verirlər. Qlobal faktorların təsiri ilə, 2025-ci ildə qızıl və gümüş qiymətlərinin yüksəlməsinin davam edəcəyi ehtimal olunur.

Beynəlxalq maliyyə institutlarının proqnozlarına görə, 2025-ci ildə dünya iqtisadiyyatında tənəzzül riski yüksək olacaq. Yüksək inflyasiya, mərkəzi bankların sərt pul siyasətləri və artan borclanma xərcləri iqtisadi aktivliyi zəiflədə bilər. Bu vəziyyət fonunda investorlar iqtisadi qeyri-müəyyənlik şəraitində etibarlı sərmayə alətləri axtaracaqlar və bu, qızıla olan marağı artıracaq. Hazırda qiymətli metalların qiymətləri tarixi zirvələrə yaxınlaşır. Analitiklər bu tendensiyanın yaxın gələcəkdə daha da artacağını proqnozlaşdırırlar. Belə bir şəraitdə, qızıla sərmayə qoyuluşu investisiyalar üçün daha əlverişli hesab edilir”.

R.Əmircanov deyib ki, qızıl bazarındakı vəziyyət, müxtəlif sahibkarların və bazar iştirakçılarının mövqelərinə görə fərqli qiymətləndirilir. İri bazar oyunçuları, qiymətli metalların qiymətlərinin artmasından faydalana bilirlər, çünki bu sahibkarlar, xüsusilə qızılın qiymətinin artması nəticəsində stoklarındakı qızılın dəyərinin yüksəlməsi ilə maddi vəziyyətlərinin müsbət yöndə dəyişdiyini müşahidə edirlər:

"Nəticədə, qiymət artımının onlara əlavə gəlir gətirməsi, daha sərfəli satış imkanları yaratması və ümumilikdə maliyyə göstəricilərinin yaxşılaşması təmin olunur. Qızılın qiymətinin artması, onların bazarda daha möhkəm mövqe tutmasına və uzunmüddətli perspektivdə daha sərfəli şərtlərlə fəaliyyət göstərmələrinə şərait yaradır. Lakin, ümumi şəkildə, qızılın qiymətlərinin yüksəlməsi və alıcılıq qabiliyyətinin azalması, həm iri, həm də kiçik sahibkarlar üçün əhəmiyyətli risklər və çətinliklər yaradır. Qızılın qiymətinin artması, əməliyyat xərclərini artırmaqla yanaşı, satışların azalmasına da səbəb olur".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:412
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Mart 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see328

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see274

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see272

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see266

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see262

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see258

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see243

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see241

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see237

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see233

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see230

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see228

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see227

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see220

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see215

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see215

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see185

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see180

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri