Icma.az
close
up
RU
Sabiq nazir: Ermənistan Minsk qrupunun ləğvini istəmirsə, sülh prosesi dayandırılmalıdır

Sabiq nazir: Ermənistan Minsk qrupunun ləğvini istəmirsə, sülh prosesi dayandırılmalıdır

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirildi. Dövlət başçısı forum iştirakçılarının suallarını cavablandırarkən Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bildirdi:

"Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir".

Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda keçirilən panel müzakirəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iki əsas maneənin - ATƏT-in Minsk qrupunun ləğvi və Ermənistan Konstitusiyasına dəyişikliklərin edilməsinin sülh sazişinin imzalanması üçün real imkan yarada biləcəyini xatırlatsa da, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yenə də sülhə kölgə salan açıqlama ilə yadda qaldı. Erməni nazir Minsk qrupunun münaqişə olmadıqda buraxıla biləcəyini vurğuladı:

"Biz saziş imzalamalı, bu münaqişəni həmin gün institusional olaraq bitirməli və Minsk qrupunu buraxmalıyıq".

Beləliklə, erməni diplomat bu açıqlama ilə növbəti dəfə sülh sazişindən boyun qaçırdıqlarını bəyan etmiş oldu. Çünki Azərbaycan sülh sazişinin imzalanması üçün iki əsas maneədən biri kimi Minsk qrupunu görürsə və onun ləğvini tələb edirsə, Ermənistan isə əksinə, strukturun sülh müqaviləsindən sonra buraxıla biləcəyini diqqətə çatdırırsa, deməli, İrəvan sülh sazişinin imzalanmasının tərəfdarı deyil və bunu əməli ilə yanaşı, sözdə də göstərir. Çünki Azərbaycanın sülh sazişi ilə bağlı mövqeyi aydındır: Konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələr çıxarılmalı, Minsk qrupu ləğv edilməlidir.

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə Minsk qrupunun aqibətindən söhbət gedə bilməz, çünki bu qurum artıq ləğv olunub:

"Azərbaycan Minsk qrupunun fəaliyyətinə veto qoyub və bu baxımdan, bu qurumun adından kimsə çıxış edə bilməz. Minsk qrupu ATƏT-in qurumu olduğuna görə Azərbaycan vaxtilə vasitəçi olmaq üçün müraciət edib, indi isə ehtiyac yoxdur və birtərəfli onun fəaliyyətini dondurub. O ki qaldı Ermənistana, qarşı tərəfdən sadəcə siyasi bəyanat olmalıdır. Bu bəyanat da sadə və konkret bir fikri əks etdirməlidir: Ermənistan artıq Qarabağ mövzusunu həll olunmuş kimi qəbul edib. Lakin Ermənistan Minsk qrupunun ləğv olunmasından imtina etməməklə, bununla bağlı bəyanat verməməklə açıq şəkildə göstərir ki, Qarabağ mövzusunu hələ də gündəmdə saxlayır. Belə olduğu halda isə sülh prosesi dayandırılmalıdır. Çünki Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Qarabağ problemi həll olunub. Ona görə də Ermənistanın mövqeyinə aydınlıq gətirmək lazımdır.

-Əgər Ermənistan danışıqları yubatmaqla sülh müqaviləsinin imzalanmasını uzadırsa, proses necə irəliləyəcək?

-Biz görürük ki, həm konstitusiya, həm də Minsk qrupu ilə bağlı Ermənistanın mövqeyi dəyişməz olaraq qalır. Onlar hesab edirlər ki, Qarabağ mövzusu hələ də gündəmdədir. Minsk qrupunun hədəfi ondan ibarət idi ki, Qarabağın statusu müəyyənləşsin. Əgər Ermənistan qurumun ləğvindən imtina edirsə, demək hələ də bu mövzunu gündəmində saxlayır.

-Prosesin uzanması mövcud problemlərlə yanaşı, daha hansılarını ortaya çıxara bilər?

-Ermənistan siyasətində hələ də revanşit ideyalar mövcuddursa, onda sülh prosesindən söhbət gedə bilməz. Münaqişəni təşkil edən əsas problemlər isə hələ də gündəmdədir. Məsələn, münaqişənin istiqaməti dəyişib, indi Qarabağ və Şərqi Zəngəzur ərazisində deyil, şərti sərhəddə gedir. Sərhədlər müəyyən olunmayıb. Ölkələrin daxili işlərinə qarışmaq cəhdi Ermənistanın timsalında davam edir, çünki bu ölkə hələ də Azərbaycanın suverenliyini qəbul etdiyini bəyan etməyib. Kommunikasiyalar bərpa olunmayıb, Ermənistanın təzminat ödəməsi, siyasi məsuliyyət, ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımaq gündəmdədir və s. Çərçivə sənədində isə bu məsələlər öz həllini tapmır. Əvvəlcə onu müəyyən etmək lazımdır ki, biz nəyi tanıyırıq? Çünki tərəflər bir-birini fərqli formatda tanıyırlar. Çərçivə sənədinə qol çəkmədən bu məsələ öz həllini tapmayacaq.

-Çərçivə sazişinin əsas meyarı nədir?

-Bu sənəd əsas sülh sazişinin çərçivəsini yaradır. Yəni çərçivə sənədində beynəlxalq hüquqa uyğun olaraq yekun sülh sazişi əksini tapmalıdır. Bu sənəddə bu mövzular həll olunmalıdır. Lakin bu məsələlər həllini tapmır. Ən sadə sual: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü Qarabağ daxil olmaqla tanıyır, ya yox? Ermənilər buna cavab verməkdən imtina edirlər. Minsk qrupunun ləğv olunması da bu deməkdir. Konstitusiyada Qarabağı Ermənistana birləşdiriblər və bundan imtina etmirlər. Sülh müqaviləsinin imzalanması üçün bütün bu ziddiyyətlər aradan qaldırılmalıdır.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Aprel 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri