Sabiq nazirin müsadirə olunan evlərini alan yoxdur 50% endirimlə 5 ci dəfə hərraca çıxır
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan 2 mənzili iyulun 16-da 5-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılacaq.
Yeniavaz.com xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti, ev 7A, mənzil 3 ünvanında yerləşən 61,1 kvadratmetr və Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən 370,4 kvadratmetr sahəsi olan mənzillər daha əvvəl 4 dəfə hərraca çıxarılsa da, alan olmayıb.
Qeyd edək ki, mənzillər iyulun 16-da 50 faiz endirimlə 5-ci dəfə satışa çıxarılacaq. 61,1 kvadratmetr sahəsi olan mənzil 175 min manata, 370,4 kvadratmetr sahəsi olan mənzil isə 463 min 125 manata alıcılara təqdim olunacaq.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Nazirliyin avtomobilləri 5 ci dəfə 50% endirimlə təkrar satışa çıxarılır Hərrac
19 Fevral 2026 18:11
Sabiq nazirin evi 5 ci dəfə hərracda Yenə ucuzlaşdı
09 İyul 2026 22:38
Azərbaycan gömrüyünün saxladığı mallar 50 % endirimlə hərraca çıxarılacaq
01 Aprel 2025 14:24
Maykl Ceksonun yayımlanmamış mahnıları hərraca çıxır
19 Fevral 2025 16:45
Qalmaqallı sabiq məmur məhkəmə qarşısına çıxır
01 İyul 2026 11:18
Baxış sayı:51
Bu xəbər 09 İyul 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















