Icma.az
close
up
RU
Sabiq nazirin universiteti ekspertə “düşük şərbaz” dedi: Qalmaqal başladı

Sabiq nazirin universiteti ekspertə “düşük şərbaz” dedi: Qalmaqal başladı

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bugünlərdə təhsil üzrə ekspert Kamran Əsədovun sosial şəbəkədə Stanford Universitetinin açıqladığı dünyanın ən nüfuzlu alimləri siyahısında Azərbaycan universitetləri ilə bağlı fikirləri öz əksini tapıb. 

Ekspert qeyd edib ki, həmin siyahıda dünyanın ən nüfuzlu alimlərinin 2%-i siyahısında Azərbaycan üzrə 41 tədqiqatçının adının çəkilməsi ilk baxışdan qürur doğurur: 

“Amma bu məlumatlara dərindən baxanda ortaya çox ciddi manipulyasiya və etik problem çıxır. 

Siyahıda bəzi universitetlərin adları çoxlu sayda “alim”lə təmsil olunur, lakin həmin şəxslər nə o universitetdə işləyirlər, nə də Azərbaycanda yaşayırlar. Xüsusilə bəzi özəl ali məktəblərin – Xəzər Universiteti və Qərbi Kaspi Universitetinin siyahıda yer alan “tədqiqatçıları”na baxanda görürsən ki, onların adlarının əksəriyyəti nə azərbaycanlıdır, nə də həmin universitetlə faktiki əlaqəsi var. Onların hər biri ya ABŞ-da, ya Avropada, ya da Asiyanın elmi mərkəzlərində çalışan alimlərdir”. 

Məsələ ilə bağlı Qərbi Kaspi Universiteti Kamran Əsədova cavab verib. Cavabda qeyd edilir ki, Stenford kimi nüfuzlu universitetin təhlilini şübhə altına almaq qeyri-peşəkar yanaşmanın göstəricisidir: 

“Azərbaycandan 41 elmi tədqiqatçının olması, elmimizi yüksək qiymətləndirmək əvəzinə öz işini düzgün qura bilmiş universitetləri təhqiredici ifadələrlə ittiham etmək, adlarını qaralamaq nə deməkdir? 

Əlavə etdiyimiz siyahıda müxtəlif ölkələrdə çalışan əcnəbi və ya Azərbaycanlı alimlərin hansı universitetlə özünü əlaqələndirdiyi göstərilib. Baxaq bu universitetlər hansıdır? Bahoo! Burada az qala bütün Azərbaycan universitetlərinin adları var ki! Bəs nə əcəb bu düşük şərbaz onları saxta adlandırmayıb? Hazırda əcnəbi alimlərin Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq əlaqəsi uzun illərdir beynəlxalq elmi layihələrin, birgə tədqiqat proqramlarının nəticəsidir. 

Özünü təhsil eksperti kimi cəmiyyətə soxuşduran təhsil alverçisinin və tələbə köçürmələri ilə ad çıxarmış möhtəkirin, xırda mafiyoz “ekzemplyar”-ın 30-40 deyil, 70-dən çox Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq edən alim-müəllimləri universitetə gəldikcə bir-bir sübut olaraq gözünə soxacağıq. Bu adamlar üçün reketlik, onun-bunun sifarişi ilə kimisə qaralamaq bir həyat tərzidir. 

Bir şeyi bilmədən, öyrənmədən, dəqiqləşdirmədən öz ala-bula “ekzpertiza”-sı ilə özünü hər yerə soxub başından böyük, istədiyi şəkildə hərəkət edir. Köçürmə möhtəkiri, təhsilin “t”-sindən xəbəri olmayan, öz intellekti ilə anlaya bilmədiyi məsələlərə bazar əhli səviyyəsində qiymət verir. Onun yazdıqlarını yayımlayan mətbuat orqanı da onun tayıdır. 

Anlamır ki, etdiyi reket fəaliyyətindən başqa bir şey deyil! Bu cəmiyyəti sən nə sayırsan? Bunun üçün sən kimsən axı? Həmin Qərbi Kaspi Universitetindən qovulan sən deyilsənmi? Özünü universitetə sırıyıb, tələbələrin kontaktlarını yığıb digər universitetlərə köçürmə ilə məşğul olmaq, öz çirkli biznesinə imkanlar yaratmaq, qısa zamanda da qovulmaq. Bəlkə bunun qıcığı qalıb içində? 

Sonda bir daha bu adamcığaza deyirik yerini bil! Akademik həyatı bulandırma, sənin yerin deyil!”Qərbi Kaspi Universitetinin yazdıqları ilə bağlı təhsil eksperti Kamran Əsədov öz fikirlərini bildirib. O qeyd edib ki, bir universitet adından yayılan cavab mətni elmi mühitə deyil, küçə ritorikasına bənzəyir: 

“Mənim sosial şəbəkədə yazdığım status bir tənqid idi - Stanford Universiteti və Elsevier tərəfindən dərc edilən beynəlxalq siyahının təhlili. Bu “cavab” adlandırılan yazıda mənə “saxta ekspert”, “reket”, “alverçi”, “köçürmə möhtəkiri” kimi ifadələr yönəldilib. 

Bu, nə elmə, nə etikaya, nə də universitet adına yaraşan dildir. Əgər bir ali təhsil müəssisəsi arqumentlə deyil, təhqirlə cavab verirsə, bu artıq onun səviyyəsini göstərir. Mən Qərbi Kaspi Universitetindən qovulmamışam. Müqavilə müddətim bitdikdən sonra öz istəyimlə orada dərs demədim. Həmin vaxt kafedra müdiri və dekan xahiş etsə də, mən universitetin elmi mühitini uyğun görmədiyim üçün davam etmədim. Bu, “qovulma” deyil, elmi mühitin yoxluğu səbəbilə ayrılmaqdır. 

Əksinə, mənə dəfələrlə abituriyent yönləndirmələri üçün maddi təkliflər edilib. Mən hər dəfə bu təkliflərə rədd cavabı vermişəm. Çünki mən təhsili bazar yox, dəyər kimi görürəm. İndi bu təmiz mövqeyimin bədəli “qısqanclıq dolu hücumlar” olur. Mənim tənqidim arqumentlidir, sübutludur və davam edəcək. 

Əgər “qovulub”, “reket” kimi yalan ifadələr üçün üzr istəməsəniz, mən bu məsələni həm məhkəməyə, həm də mediaya çıxaracağam”.  Qeyd edək ki, Qərbi Kaspi Universitetinin (əvvəlki adı Qərb Universiteti) təsisçisi Azərbaycanın sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovdur. Universitetin əsası 1991-ci ildə qoyulmuş, 2017-ci ildə isə adı Qərbi Kaspi Universiteti olaraq dəyişdirilib.  

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: Kamran Əsədov Qərbi Kaspi

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri