Icma.az
close
up
RU
Sabir Rüstəmxanlı 80: Savalanın ətəyindən azadlığın zirvəsinə

Sabir Rüstəmxanlı 80: Savalanın ətəyindən azadlığın zirvəsinə

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


İki minilliyin qovşağında böyük tarixi hadisələrin içində keçən 80 illik ömür ucqar bir dağ kəndindən, Savalanın qonşuluğundan, öz yazdığı kimi - “qayğıların ağırından”, “sərhədlərin ayrılıq dərdindən” başlanmışdı. Azadlıq eşqi də elə o illərdə, 16 yaşında yazdığı şeirlərlə birgə doğulmuşdu:

Azadlıq həsrətinin yoxdur əvvəli, sonu,

Ümidim göylərədir, qaranlığı boğacaq.

Dağların zirvəsindən görəcəyəm mən onu,

Qızıl Günəş doğacaq! Qızıl Günəş doğacaq.

Lakin xalqın Azadlıq günəşi öz-özünə doğmadı, onun gəlişi üçün mübarizə aparanlardan biri də Sabir Rüstəmxanlı oldu.

Azərbaycan Dövlət universitetindəki tələbəlik həyatı ona öz xalqının və Türk dünyasının ədəbiyyatı və tarixini dərindən öyrənmək imkanı verdi.

Ötən əsrin 60-70 ci illərində Bakının ədəbiyyat dərnəkləri, şeir gecələri ictimai mövzuların müzakirə meydanı, bölünmüş Vətənin taleyinə yanan gənc istedadların siyasi dialoq məkanı idi.

Universitetdə oxumaqla yanaşı, Sabir Rüstəmxanlı işlədi, Bakının fəhlə mühitinə qatıldı, yazıları respublika qəzetlərində dərc edilməyə başladı və dördüncü kursda oxuyarkən “Ədəbiyyat və İncəsənət” qəzetində işə qəbul edildi. Beləliklə, Azərbaycanın ədəbi-mədəni mühitini dərindən öyrənmək, köhnə Sovetlər birliyini başdan-başa gəzmək imkanı qazandı. SSRİ-nin, Şərqi Avropa, eləcə də Asiya-Afrika ölkələrinin gənc şairlərinin konfranslarında Azərbaycanı ləyaqətlə təmsil etdi.

Ötən əsrin səksəninci illərində “Gəncə qapısı” kitabı “Gəncə” adının yasaqlandığı, “Sağ ol, ana dilim” kitabı dilimizin rəsmi məclislərdən kənarlaşdırıldığı, “Qan yaddaşı” kitabı millətin tarixinin genetik bağlardan qoparıldığı bir vaxtda yazılmışdı. “Ömür kitabı” adlı əsəri tarixi yaddaşı diriltmək, xalqın mənəvi dəyərlərini göstərməklə milli azadlıq hərəkatının ideoloji təməllərindən biri oldu. Bu kitablar xalqın arzu və ideallarını dilə gətirən cəsarətli qələm sahibi, əsl vətəndaş şair kimi ona ədəbiyyatımızda xüsusi yer qazandırdı.

O, Meydan hərəkatının aparıcısı və Xalq hərəkatının liderlərindən biri oldu.

Birincilik onun alın yazısıdır. “Yazıçı” Nəşriyyatının baş redaktoru olduğu 10 il ərzində Azərbaycan kitab tarixində önəmli yeri olan bir sıra seriyaların nəşrinə başladı. 1989-cu ildə Sovet rejimi şəraitində ilk müstəqil və demokratik mətbuat orqanımız olan “Azərbaycan” qəzetinin nəşrinə başladı.

1990-cı il seçkilərindən sonra Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinin üzvü və Qaçqınlarla İş Komissiyasının sədri oldu.

Müstəqil Azərbaycan Deputat blokunun həmsədri kimi Müstəqillik Aktının hazırlanmasında və qəbulunda yaxından iştirak etdi.

1991-ci ildə öncə Mətbuat Komitəsinin sədri, sonra Mətbuat və informasiya naziri vəzifələrini daşıdı. Mətbuatın, nəşr və informasiya işinin dövlət inhisarından çıxarılması, senzuranın ləğvi, informasiya işində əlaqələrin qurulması, əlifba islahatı, dərsliklərin müstəqillik ruhuna uyğun nəşri sahəsində gördüyü işlər Müstəqillik tariximizin parlaq səhifələridir.

1992-ci ildə Vətəndaş Həmrəyliyi partiyasını, 2006-cı ildə Azərbaycan Dil Qurumunu yaratdı. 5 dəfə Milli Məclisin deputatı seçildi. Məclisin Beynəlxalq Əlaqələr Komissiyasının üzvü, eyni zamanda Dünya Azərbaycanlıları Konqresinin sədri kimi onlarla ölkədə xalqımızın tarixən üzləşdiyi faciələrdən gur səslə danışdı.

O, 1992-ci ildən Şimali Kiprdə Türk dövlətləri millət vəkillərinin toplantısında ortaq Türk parlamentinin yaradılması ideyası ilə çıxış etdi və bu məqsədlə Mərkəzi Asiyada və Türkiyədə çoxsaylı görüşlər keçirdi. Onun fikrincə: “Turançılıq Türk dünyasının qurtuluş yoludur. Dünyanın bu bölgəsində haqqın, ədalətin, insani dəyərlərin ortaya çıxması deməkdir. Bundan təbii bir istək ola bilməz...”

Geniş ictimai-siyasi fəaliyyətinə baxmayaraq, qələmi dayanmadı. “Bu, sənin xalqındır”, “Xətai yurdu, xalq meydanı”, “Dərdə əyilmə”,”Milli taleyimiz və biz” adlı publisistik kitabları xalq həyatının güzgüsü kimi həyatımızın ən ciddi problemlərini qabartdı.

Tariximizin ən parlaq şəxsiyyətlərinə həsr edilmiş, müasir həyatımızın mövzularına toxunan “Göy tanrı”, “Ölüm zirvəsi”, “Difai fədailəri, “Şair və şər”, “Astar”, Uşaqlığa dəyən güllə”, “Sunami”, “Akademikin son əsəri” adlı romanları onu bir nasir kimi də sevdirdi.

Son illərdə Dünya Azərbaycanlıları Konqresinin sədri, eyni zamanda millət vəkili kimi müxtəlif beynəlxalq təşkilatlar, xarici ölkələrə səfərlər, keçirdiyi görüşlər haqında “Azərbaycan adına” toplusu və 15 cillddən ibarət seçilmiş əsərləri nəşr olundu.

Haqqında Azərbaycan və Türkiyədə 15-dən çox kitab yazıldı.

Ökləmizdə, eləcə də Türkiyə, İran, Özbəkistan, Gürcüstan, Rusiya, Almaniya, Bosniya-Hersoqoviniya, İsveç və İngiltərədə 100-dən çox kitabı nəşr edildi. Şeirləri bir çox dünya dillərinə çevrildi.

Sabir Rüstəmxanlı dünya klassiklərinin bir sıra əsərlərini, o cümlədən dahi alman şairi Hötenin “Şərq-Qərb divanı”nı dilimizə çevirdi. Polşanın böyük şairi Adam Mitskeviçin “Krım sonetləri” və poemalarının azərbaycancaya uğurlu tərçüməsinə görə Polşa Mədəniyyət Nazirliyi tərəfindən medalla təltif edildi və Polşanın “Əməkdar mədəniyyət xadimi” adına layiq görüldü.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ona Azərbaycanın “Xalq şairi” adı verildi, öncə “Şöhrət”, 80 yaşında isə “Şərəf” ordeni ilə təltif olundu.

Əsərləri Azərbaycanda və Türkiyədə bir sıra ədəbi mükafatlara layiq görüldü.

Sabir Rüstəmxanlının ömrü şair taleyindən daha böyük məna ifadə edir. Bu, ədəbiyyatın millətin taleyi ilə birləşdiyi, qələmin tarix yazdığı bir ömürdü…

Elçin Zahiroğlu




Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 İyul 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri