Icma.az
close
up
RU
Sabir Rüstəmxanlı: “Hələ də “ov” soyad sonluğundan qurtulmamışıq”

Sabir Rüstəmxanlı: “Hələ də “ov” soyad sonluğundan qurtulmamışıq”

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 “İçimizdəki Rusiyaya xidmət edənlər səbəbindən milli prinsiplərimizi həyata keçirməkdə çətinlik çəkirik”


“Niyə biz hər il rusdilli məktəblərə daha çox şagird verməliyik? Şəxsən mənim fikrim, tövsiyəm budur ki, yeni tədris ilindən etibarən azərbaycanlılar övladlarını Azərbaycandilli məktəblərə aparsınlar”


Qardaş Türkiyədə əməliyyat olunan Xalq şairi Sabir Rüstəmxanlı Vətənə qayıdıb. Xalq şairinin məhz robotik cərrahiyyə mütəxəssisi, məşhur uroloq Lütfi Tunç tərəfindən əməliyyat olunması maraqla qarşılanıb. Əməliyyatdan sonra bu barədə paylaşım edən  S.Rüstəmxanlı bunları yazmışdı: “İyunun 25-də Ankara Acıbadəm xəstəxanasında Lütfi bəy məni öz kəşfi olan “Omeqa Tunç texnikası” ilə və mənə izlətdirərək əməliyyat etdi. İki gün sonra iyunun 27-də xəstəxanadan çıxdım. Ankarada və xəstəxanada olduğum müddətdə davamlı olaraq Lütfi bəyin, onun həkim dostlarının və komandasının təmənnasız diqqət və qayğısını hiss etdim”. 


İyunun 30-da Bakıya qayıdan xalq şairi həm keçirdiyi əməliyyat, hazırkı sağlıq durumu, həmçinin Rusiyada soydaşlarımıza qarşı törədilən qanlı cinayətlər barədə ürək sözlərini “Sherg.az”la bölüşüb: 

- Əməliyyat çox rahat, yüngül keçdi. Lütfi bəy 20 illik dostumdur. Ona əlbəttə etibar edəcəkdim. Özümü yaxşı hiss edirəm, heç bir ağrım, narahatlığım qalmayıb. Narahatlığım soydaşlarımızın başına gətirilən müsibətlərlə bağlıdır. Bu barədə hələ Türkiyədə olarkən fikirlərimi bildirmişəm. Rusiyanın Azərbaycana münasibəti bəllidir. Bu günün söhbəti deyil bu. 200 il davam edən siyasətdir. Rusiya həmişə işğalçılıq siyasəti aparıb, indi də davam etdirir. İrəvanda ermənilərin süni şəkildə yerləşdirilməsi, etnik türklərin qədim yurd yerlərindən deportasiyası, Rusiya imperiyasının Azərbaycan türklərinin savadlanmasına, maariflənməsinə yaratdığı süni əngəllər, yaxın tariximiz – Qarabağ müharibəsi barədə danışsaq, çox uzun olar. Erməni kim idi ki, gəlib bizim torpaqları işğal etsin?!. Bəlli məsələdir, bunu Rusiya etdi. Bizim Həsən bəy Zərdabi kimi ziyalılarımız millətin maariflənməsi yolunda min-bir əziyyətə qatlaşıblar. Digər xalqlara rahatlıqla nəsib olanlar bizə çox çətinliklə başa gəlib. Rusiyanın Azərbaycanı işğalı Cavad xanın qətlə yetirilməsiylə başlayıb. Bilirsiz ki, biz “Cavad xan” filmini çəkdik. O filmə baxan bəziləri bizə irad tutdu ki, “ruslar nəsə burda çox ölür”!. Guya ki biz işğalçıyıq, qaniçənik, insan qatiliyik!... Hətta filmdə belə rus qoşunlarından çox insanın ölməsini bəyənməmişdilər, “heysiyyətləri”nə toxunmuşdu. Azərbaycanda Rusiyaya xidmət edənlər o qədər var ki! Amma biz öz ləyaqətimizi, milli kimliyimizi itirməməliyik. Düşmənin üzərinə onun “silahı” ilə getməməliyik. Onlar kimi hərəkət etməməliyik. Məsələni diplomatik yolla həll etməyə çalışmalıyıq.


Rusdilli məktəblərin ləğvinə gəlincə, Sabir Rüstəmxanlının mövqeyi qəti oldu: 

- Azərbaycan müstəqil dövlətdir, dövlət dili Azərbaycan dilidir. Başqa dilləri də öyrənək, amma öz dilimizin hesabına yox. Hələ də “ov” soyad sonluğundan qurtulmamışıq. İçimizdəki Rusiyaya xidmət edənlər səbəbindən milli prinsiplərimizi həyata keçirməkdə çətinlik çəkirik. Rusdilli məktəblər problemi nə vaxt qaldırılsa, üzərimizə gəlirlər. Guya rusdilli məktəblər keyfiyyətli təhsil verir. Bu, cəfəngiyyatdır, saysız misallar, arqumentlər gətirmək olar buna qarşı. Azərbaycan Kinostudiyasına görə hər xalq öz ana dilində məktəb aça bilər. Amma Azərbaycan dövləti yalnız öz ana dilində - dövlət dilində məktəbləri maliyyələşdirir.  Ruslar məktəb istəyirsə, buyursunlar özəl məktəblər açsınlar, ödənişli əsaslarla təhsil versinlər. Dövlətə də vergi ödəsinlər. Məktəb prinsipial və milli məsələdir. Niyə biz hər il rusdilli məktəblərə daha çox şagird verməliyik? Şəxsən mənim fikrim, tövsiyəm budur ki, yeni tədris ilindən etibarən azərbaycanlılar övladlarını Azərbaycandilli məktəblərə aparsınlar. Bununla rusdilli məktəblərdə təhsil alanların sayı ildən-ilə azalacaq. Və bu məktəblər getdikcə sıradan çıxacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyul 2025 08:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri