Sabirabad sakinləri elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri ağır yaralanıb
Icma.az bildirir, Anews portalına istinadən.
Sabirabad rayonunun iki sakini elektrik dirəyindən yıxılıb, biri ölüb, digəri isə ağır yaralanıb.
"Report” xəbər verir ki, hadisə Salyan və Biləsuvar rayonlarının kəsişdiyi ərazidə qeydə alınıb.
Məlumata görə,Sabirabad rayon sakinləri, 1989-cu il təvəllüdlü Manafov Novruz Yarməmməd oğlu və 1998-ci il təvəllüdlü Gülməmmədov Aqşin Gülağa oğlu elektrik xətlərini çəkərkən 15-20 metr hündürlükdə olan elektrik dirəyindən yıxılıb.
Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən N.Manafov yolda ölüb. İlkin tibbi yardım göstərilən A.Gülməmmədovun vəziyyəti ağır olduğundan, onun Bakıya göndəriləcəyi gözlənilir.
Faktla bağlı araşdırma aparılır.www.anews.az
Baxış sayı:87
Bu xəbər 30 Noyabr 2024 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















