Sabirabadda 16 yaşlı qıza sataşan həbs olundu
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sabirabadda yeniyetmə qıza sataşan həbs olunub.
Lent.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektindəki dayanacaqda qeydə alınıb.
28 yaşlı Rüstəm Kərəmov (şərti adla) dayanacaqda 16 yaşlı qızdan əvvəlcə saatı soruşub, sonra isə öz yerini ona verib. İkinci gün də eyni hərəkəti edib, lakin bu dəfə qız onun yerinə oturmayıb və etiraz edib. Zərərçəkənin anasının sözlərinə görə, qızı oturmayanda Rüstəm “cəhənnəmə otur” deyib. Bundan sonra qız ağlaya-ağlaya evə gəlib. Anası da öz avtomobili ilə həmin dayanacağa gəlib və qızı Rüstəmi əli ilə göstərərək, onu narahat etdiyini bildirib. Qızın anası Rüstəmdən etdiyi hərəkətlərin səbəbini soruşanda o, sərxoş halda nalayiq ifadələr işlədib və heç nə etmədiyini deyib.
Bundan sonra qadın polisə şikayət edib. Şikayət əsasında R. Kərəmov saxlanılıb və barəsində xırda xuliqanlıq maddəsilə protokol tərtib olunub.
R. Kərəmov isə sadəcə olaraq, qız uşağına dayanacaqda yer vermədiyini bildirib. Onun sözlərinə görə, bu hərəkəti pis anlaşıldığı üçün qızın valideyni ilə mübahisə edib və polisə şikayət olunub.
Məhkəmə araşdırması zamanı Rüstəmin ictimai qaydanı pozduğu fakt təsdiqini tapıb.
Onun barəsində 8 gün müddətinə inzibati həbs qərarı verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 02 Oktyabr 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















