Icma.az
close
up
RU
Sabirabadda iki oğlanın xınayaxdı DƏHŞƏTİ: qızı zorla maşına mindirdilər, sonra... ŞOK TƏFƏRRÜAT

Sabirabadda iki oğlanın xınayaxdı DƏHŞƏTİ: qızı zorla maşına mindirdilər, sonra... ŞOK TƏFƏRRÜAT

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Sabirabad rayonunda qız qaçırmaqda təqsirli bilinən rayon sakinləri, 1994-cü il təvəllüdlü Xəyyam Heydərli və 1995-ci il təvəllüdlü Emin Mikayıllının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Xəyyam Heydərli 21 iyul 2016-cı il tarixdə, saat 22 radələrində Samirə Babayevanı (ad və soyad şərti verilib - red.) evlənmək məqsədilə oğurlamaq barədə həmkəndlisi Emin Mikayıllı ilə qabaqcadan razılığa gəlib.Qız qaçırmaOnlar Sabirabad rayonunun Güdəcuhur kəndində yaşayan Əliman Feyzullayevin həyətində keçirilən "xınayaxdı" mərasiminə gediblər. Həmin vaxtı bibisi Fatma ilə şənlikdən qayıdan Samirənin qollarından tutub.O, Samirəni dartaraq yaxınlıqda olan Emin Mikayıllının idarə etdiyi "VAZ-21074" markalı avtomobilə tərəf gətirib və maşına mindirib. Belə bir vəziyyətdə Emin Mikayıllı avtomobili idarə edib və Samirəni oğurlayaraq hadisə yerindən uzaqlaşıb.İntihar cəhdiKəndarası yolda Samirə maşının qapısını açaraq özünü hərəkətdə olan avtomobilin salonundan yerə atıb. Bu səbəbdən Samirə alın nahiyəsində xəsarət alıb.Xəyyam Heydərli və Emin Mikayıllı Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham ediliblər.Hökm və şikayətOnların barəsində olan cinayət işi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Mehdixan Abdullayevin sədrliyilə baş tutan prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə Xəyyam Heydərli 8 il, Emin Mikayıllı 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər.Təqsirləndirilən şəxslər törətdikləri əməldən peşman oldurlarını bildiriblər. Hər iki təqsirləndirilən barəsində olan hökmün dəyişdirilməsini, barələrində şərti cəza təyin edilməsini xahiş edib.Qız qaçıranların cəzası niyə yüngülləşdirildi?Onların şikayətləri araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Amil Dosiyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin barəsində qərar elan edilib.Qərara görə, Emin Mikayıllının cəzası 2 ilə, Xəyyam Heydərlinin isə cəzası 5 ilə endirilib./publika.azBAKU.WS
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://baku.ws
archiveBu xəbər 01 İyul 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri