Icma.az
close
up
RU
Sabirabadda 18 yaşlı oğlan 59 yaşlı kişini bıçaqladı TƏFƏRRÜAT

Sabirabadda 18 yaşlı oğlan 59 yaşlı kişini bıçaqladı TƏFƏRRÜAT

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sabirabad rayonunda 2006-cı il təvəllüdlü Samir Əsgərov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1965-ci il təvəllüdlü Surxay Alməmmədovu bıçaqlayıb. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 25 oktyabr 2023-cü ildə Sabirabad rayonunun Güdəcühür qəsəbəsində baş verib. Samir qəsəbə sakini Surxay ilə sonuncunun onun ünvanına nalayiq ifadə işlətməsi və təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaqla qarın nahiyəsinə bir dəfə vurub. 
Hadisəni törədən Samirin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, baş vermiş hadisəni tam xatırlamır.
Qeyd edək ki, Samir epilepsiya mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkir. O, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəli nəticələrini dərk etməyib, onları idarə etmək qabiliyyətində olmayıb. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Surxay bildirib ki, təqsirləndirilən Samir hadisədən təxminən 3-4 ay əvvəl öz anasıyla onun yaşadığı qəsəbədə yaşamağa başlayıblar: “Qəsəbədə mən və digər yaşlılar qardaşımın çəpərinə yaxın yerdə yığışaraq həmişə domino oynamışıq. Samir də dəfələrlə yanımızda olub. Samirin danışığında kobudluq hiss etmişəm. Bir neçə dəfə ona “buradan get” demişəm. Samir də həmişə gedib”. 
Zərərçəkmiş qeyd edib ki, 25 oktyabr 2023-cü ildə, saat 13 radələrində yenə də qəsəbədə Əşrəf, Ramiz və Rasimlə domino oynayıb, həmin vaxt ətrafda başqa adamlar da olub. “Həmin şəxslər də oyun bitdikdən sonra özlərinin oynamaq növbələrini gözlədilər. Həmin vaxt Samir yanımıza gələrək Rasimə “qapımız sınıb onu düzəldərsən?” dedi. Rasim isə ona “Surxay düzəldər” dedi. Mən isə bu işi görə bilməyəcəyimi bildirdim. Sonra isə Samir “Əşrəf babam ilə gedərik” dedi. Əşrəf də “mənlik deyil” söylədi. Həmin vaxt Samir yanımızda olan iki azyaşlı uşaqlara nalayiq ifadələr işlətdi. Buna görə də ona “çıx get burdan, o nə sözdü işlədirsən!” dedim. Samir isə ayağa qalxaraq “sən ağsaqqal adamsan, sənə hörmət eləyirəm” deyərək mənə qarşı da nalayiq ifadə işlətdi. Buna görə ayağa qalxdım və onun üzərinə getdikdə Samir əyilərək yerdən bir daş götürdü. O, həmin daşı mənə doğru atdı. Həmin daş sinə nahiyəmə dəydi. Samirin üzərinə yenidən onu tutmaq məqsədi ilə getdikdə ona çatmadım. Lakin Samir yerə yıxıldı. Ətrafdakılara su gətirməsini dedim. Samirin üzünə su vurdular. Samir oyandıqdan sonra ona xəstə olduğu halda buraya niyə gəldiyini və özünün evə gedə bilib-bilməyəcəyini soruşdum. Ətrafdakılar da onun özünü yaxşı hiss etdiyini və gedə biləcəyindən əmin olduqdan sonra Samiri evinə yola saldılar”. 
Surxay deyib ki, bu hadisədən bir neçə dəqiqə sonra Samirin anasıyla gəldiyini görüb:  “Samirin anası nə desə də, cavab verməyəcəyimi düşündüm. Samir və anası yanımıza çatdıqda sonuncu “uşaqla nə işiniz var?” deyə soruşdu. Mən də həmin şəxsə onunla işlərimizin olmadığını, uşaq xəstə olduğu halda onu niyə çölə buraxdıqlarını soruşdum. Mən danışarkən Samir yanıma yaxınlaşdı. Həmin vaxt əlimdə olduğundan domino oynamışdım. Samirin anası ona başı ilə işarə etdikdən sonra Samir mənə bıçaq zərbəsi endirdi. Lakin  bıçaqlandığımı hiss etmədim. Samirə “nə olub” dedim. Samirin əlində bıçağı gördükdən sonra onun məni bıçaqla vurduğunu anladım. Samirin məni orada bıçaqlamağa hünəri çatmazdı. Lakin Samir evdə öyrədilib."
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Samir Əsgərovun Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub.
Təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış tipli psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Dekabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri