Icma.az
close
up
RU
Sabirabadda uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri təşkil olunub VİDEO

Sabirabadda uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri təşkil olunub VİDEO

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Sabirabad, 4 aprel , Aydın Yavərzadə, AZƏRTAC

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müəllim və şagird heyəti üçün ustad dərslərinin keçirilməsinə başlanılıb. Dərslər Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən Sabirabad şəhərində tədris olunur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ustad dərslərinin keçirilməsinin əsas məqsədi uşaq musiqi və incəsənət məktəblərində təlim prosesinin peşəkar səviyyədə qurulması və bu sahədə fəaliyyət göstərən müəllimlərin və şagirdlərin peşəkarlığının, bilik səviyyəsinin artırılmasını təmin etməkdən ibarətdir.

Bir neçə gün davam edəcək dərslərdə regionda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi, təkmilləşdirilməsi, daha səmərəli təşkil edilməsinə nəzarət və yerlərdə lazımi metodiki köməklik göstəriləcək. Ustad dərsləri tar ixtisası üzrə Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Təhlil, təlim və tədris şöbəsinin müdiri, Əməkdar artist Neymət Mürsəlov və kamança ixtisası üzrə Gülarə Əliyeva adına 3 nömrəli uşaq incəsənət məktəbinin xalq çalğı alətləri şöbəsinin müdiri Fariz Hüseynov tərəfindən keçirilir.

Neymət Mürsəlov bildirib ki, Mil-Muğan regionuna daxil olan Sabirabad, Saatlı, İmişli, Beyləqan rayonlarında fəaliyyət göstərən musiqi məktəblərinin həm şagirdləri, həm də müəllimləri bu işlərdən bəhrələnir. Tədrisə aid qaranlıq məqamlar, həmçinin onları maraqlandıran suallar izahlı şəkildə cavablandırılır. Bu da öz növbəsində musiqi məktəblərinin gələcək dərs və tədrislərində ortaya çıxa biləcək çətinlikləri aradan qaldırır. Belə tədbirlər təkcə Mil-Muğan bölgəsi ilə yekunlaşmayacaq və növbəti mərhələlərdə digər regional idarələrin tabeliyində fəaliyyət göstərən musiqi məktəbləri üçün də təşkil ediləcək.

Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq musiqi məktəbinin direktoru Aynur Rəhimovanın sözlərinə görə, ustad dərsləri attestasiya öncəsi çox faydalıdır. "Belə görüşlər çox əhəmiyyətlidir, bizə yeni tərtib olunan proqramlar təqdim olunur, görüşlər əsnasında qarşılıqlı fikir mübadiləsi aparmaq imkanımız olur və bizləri maraqlandıran bir çox suallarınıza cavab tapırıq",- deyə o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri