Şəkidə musiqi və incəsənət məktəblərinin kollektivləri üçün ustad dərsləri keçiriləcək AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 3 dekabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın anadan olmasının 100 illiyi çərçivəsində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin kollektivləri üçün tar və kamança ixtisasları üzrə ustad dərsləri təşkil ediləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ustad dərsləri dekabrın 9-dan 14-dək Şəki şəhərinin 4 nömrəli uşaq musiqi məktəbində tar ifaçısı, Əməkdar artist Neymət Mürsəlov və kamança ifaçısı Fariz Hüseynov tərəfindən keçiriləcək.
Ustad dərsinin əsas məqsədi regionlarda təhsil səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, musiqi və incəsənət məktəblərində tədris prosesinin ixtisas proqramlarının tələblərinə uyğun olaraq tənzimlənməsi, lazımi metodiki köməyin göstərilməsi, həmçinin müəllimlərin peşəkar inkişafı üçün nəzəri və praktiki biliklərinin artırılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 03 Dekabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















