Sabirabaddakı zəlzələylə bağlı rəsmi açıqlama: “Narahatlığa əsas yoxdur”
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən gün Saatlı stansiyasından 10 km şimalda, Sabirabad rayonunda və Xəzər dənizində zəlzələ qeydə alınıb.
Məsələ ilə əlaqədar Modern.az AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxlayıb.
O saytımıza açıqlamasında bildirib ki, Xəzər dənizində və Sabirabadda qeydə alınan zəlzələlər zəif, yüngül təkanlar olub.
“Demək olar hər gün Azərbaycanda müəyyən yeraltı təkanlar baş verir. Bu təkanların bir qismi hiss olunur, digərləri isə əhalinin hiss edə bilməyəcəyi qədər zəif olur. Narahatlıq üçün heç bir əsas yoxdur”.
Seysmoloqun sözlərinə görə, hazırda ölkə ərazisində güclü, dağıdıcı zəlzələ riski olan bir bölgə müşahidə edilmir:
“Bunlar sadəcə fon səviyyəsində qeydə alınan təkanlardır. Əhalini təşvişə düşməməyə çağırırıq”,- Q.Yetirmişli qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 23 Sentyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















