Icma.az
close
up
RU
Sabit elektrik və qaz tarifləri

Sabit elektrik və qaz tarifləri

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, ölkədə elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarif tətbiq ediləcək. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.

Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir.

Həmçinin, "Qaz təchizatı haqqında" yeni qanun layihəsi də hazırlanıb. Bu qanunda da sabit tariflər nəzərdə tutulub. Qanuna əsasən, sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.

Energetika nazirinin müavini Samir Vəliyevin sözlərinə görə, mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisini sabit tariflə ödəyəcəklər: "Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq. Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Amma transformator məntəqəsi qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır. Yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Hansı ki, iki mənzildə yaşamırlar, onlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Bu, binada yaşayanların yükünü azaldır. Bu qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub".

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, ümumilikdə götürdükdə, tarif strukturunun sabit və dəyişən xərclərə münasibətdə bir-birindən ayrılması metodologiyası dünya təcrübəsində özünü doğrultmuş, mütərəqqi və eyni zamanda, ədalətli tarifləndirmə baxımından mühüm təcrübə hesab edilir: "Hesab edirəm ki, bu təcrübənin Azərbaycanda da düzgün şəkildə və şəffaf formada tətbiqi müsbət nəticələr doğura bilər. Burada əsas məsələ dövlət müəssisələri kimi ictimaiyyət qarşısında hesabatlı olan qurumların prosesi tam şəffaf şəkildə aparmasıdır. Bu isə maliyyə hesabatlarının ayrılması, müvafiq hesablamaların və monitorinqlərin aparılması, ictimai nəzarətin təşkili ilə bağlı məlumatların paylaşılması və ümumilikdə şəffaf mühitin formalaşdırılması ilə mümkündür".

İqtisadçının dediyinə görə, iqtisadi aspektdən yanaşdıqda hazırda Azərbaycan vətəndaşlarının elektrik enerjisi və ya qaz istehlakı qarşılığında ödədikləri tariflər təkcə həmin enerji resurslarının maya dəyərini deyil, eyni zamanda, infrastrukturun qurulması və saxlanması xərclərini də ehtiva edir: "Faktiki olaraq, bu gün istehlakçılar həm də enerji infrastrukturunun yaradılması və yenidən qurulması xərclərini ödəyirlər. Təbii ki, Azərbaycanda enerji infrastrukturunun əhəmiyyətli hissəsi dövlət büdcəsi hesabına qurulub, subsidiyalaşdırılıb. Lakin fakt real olaraq ondan ibarətdir ki, bu xərclər mərhələli şəkildə cəmiyyətin üzərinə ötürülür. Bu baş verirsə, təbii olaraq, infrastruktura çıxışı olan hər bir şəxs, mülkiyyət sahibi və istehlakçı bu və ya digər şəkildə həmin xərclərə töhfə verməlidir. Bu baxımdan, sabit xərclər - yəni infrastrukturun təmiri, bərpası, saxlanması, yenidən qurulması və yeni infrastrukturun yaradılması ilə bağlı xərclər bütün istehlakçılar arasında ədalətli şəkildə bölüşdürülərsə, bu, daha ədalətli bir tarif sisteminin və ümumilikdə mühitin formalaşmasına səbəb ola bilər. Bu yanaşmanın şəffaf şəkildə tətbiqi, eyni zamanda, enerjinin birbaşa sərfiyyatı üzrə yaranan xərclərin dəqiq hesablanması, nəticədə isə istehlakçının yalnız sərf etdiyi enerjiyə görə ödəniş etməsi, bu ödənişin həcminin azalmasına gətirib çıxara bilər. Yəni bu gün ümumi tarifin içində bütün xərclər - infrastruktur və sərfiyyat - birlikdə toplanaraq istehlakçılar arasında bölünür. Amma sabah bunun bir qismi, hansı ki, 30 faiz xərclərin məhz infrastrukturun saxlanması, prosesin idarəolunması, bərpası, yenidən qurulması xərcləridir, bu 30 faiz bütün istehlakçılar arasında bölünəcək. Dünən üçün bir istehlakçıya, təxminən, ödədiyi ümumi işıq və yaxud da ki qaz pulunda 30-40 faiz sabit xərclərə aid pay düşürdüsə, bu gün müvafiq göstərici düşəcək 25 faizə, 20 faizə. Bu statistika dəqiq deyil, aydındır ki, vəziyyətdən asılı olacaq, lakin düşəcəyi dəqiqdir".

Ekspert bildirib ki, nəticədə vətəndaşlar daha az enerji istehlakı qarşılığında daha az ödəniş etmə imkanı əldə edəcəklər: "Lakin bütün bu nəticələrin doğrulması prosesin nə qədər şəffaf idarə olunmasından asılı olacaq. Əgər bu proses şəffaf aparılmazsa, sabit və dəyişən xərclər aydın şəkildə əks etdirilməzsə, ictimai nəzarət təmin edilməzsə, alternativ hesablamaların aparılması mümkün olmazsa, o halda bu mülahizələr də özünü doğrultmaya bilər. Belə olan halda insanlar mövcud vəziyyətdə olduğu kimi ödəmələr etməyə davam edəcəklər və əlavə olaraq yeni ödəyici bazasının formalaşması ilə də xərclər geniş kütlənin üzərinə ötürüləcək. Ona görə də bu metodologiyanın tətbiqində ədalətli strategiyanın icrası üçün şəffaflıq olduqca vacib məsələdir. Yalnız bu halda metodologiya fərdi istehlakçılara münasibətdə daha ədalətli tarif siyasətinin formalaşmasına xidmət edə bilər".

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə əsasən, işıq və qaz xidmətləri ilə bağlı yeni qanun layihəsi hökumətin tarif siyasətində dəyişiklik etməyə və yeni, daha dayanıqlı modelə keçməyə hazırlaşdığını göstərir. Onun fikrincə, bu layihənin təqdim olunması xidmət sahəsində köklü dəyişikliklərin planlaşdırıldığından xəbər verir: "Bu yanaşma dünya təcrübəsində geniş yayılmış modeldir. ABŞ-də, Avropanın bir çox ölkəsində, həmçinin Qazaxıstan və Türkiyədə bu praktika tətbiq olunur. Bu modelə əsasən, vətəndaş xidmətlərdən istifadə etməsə belə, minimal məbləğ ödəməlidir. Bunun da əsas səbəbi - infrastrukturun işlək vəziyyətdə saxlanması, qəza hallarında müdaxilə imkanlarının təmin olunması və enerji təchizatı sistemlərinin daim hazır saxlanmasıdır".

Xalid Kərimli vurğulayıb ki, vətəndaşlar xidmətlərdən istifadə etmədikdə belə, istədikləri an bu xidmətlərə çıxış əldə edə bilirlər və bu imkanı təmin etmək üçün sistem daim işlək vəziyyətdə saxlanılır: "Yəni biz işıqdan və ya qazdan istifadə etməsək də, istədiyimiz vaxt istifadə edə bilmək üçün bu sistem mövcuddur və işlək qalması üçün xərclər çəkilir. Təbii ki, bu xərclərin vətəndaş tərəfindən qarşılanması zəruridir. Bu, xidmətin mövcudluğunu təmin edən xərclərin daha ədalətli şəkildə bölüşdürülməsi deməkdir".

Qanun layihəsində sabit tarifin hansı formada tətbiq olunacağının hələ dəqiqləşdirilmədiyini qeyd edən iqtisadçının sözlərinə görə, bu sabit ödəniş ya aylıq istehlaka əlavə olunacaq, ya da istifadədən asılı olmayaraq müəyyən ediləcək minimum məbləğ kimi tətbiq ediləcək: "Əgər sabit tarif minimal ödəniş kimi müəyyənləşərsə və istehlak bu məbləği keçdikdə əlavə xərc tələb olunmazsa, bu, bir evə sahib olan vətəndaşlara təsir etməyəcək. Lakin bir neçə mənzili və istifadədə olmayan əmlakı olan şəxslər üçün bu, əlavə xərclər demək olacaq".

Ekspert qeyd edib ki, bu model "free rider" - yəni sistemdən istifadə edib, xərclərə qatılmayan şəxslərin qarşısını almağa yönəlib: "İnfrastrukturun saxlanması üçün böyük vəsaitlər xərclənir. Vətəndaş həmin anda istifadə etməsə də, bu sistemdən hər an faydalana bilir. Bu halda da hər kəs sistemin mövcudluğuna töhfə verməlidir. Bu, uzunmüddətli və dayanıqlı tarif modelidir. Qanunun tətbiqi zamanı əhalinin sosial həssas təbəqələrinin müdafiəsi, güzəştli modellərin hazırlanması və bir mənzildə yaşayan istifadəçilər üçün əlavə maliyyə yükü yaranmaması kimi məsələlər hökumətin diqqətində olacaq deyə düşünürəm".

Enerji məsələləri üzrə ekspert İlham Şaban vurğulayıb ki, indiyə qədər enerji sektorundakı paylayıcı şəbəkələr dövlətin subsidiyası, dəstəyi hesabına və dövlət şirkətlərinin çətiri altında olmaqla ömür sürürdü. Artıq dövlət tərəfindən verilən tapşırığa görə, onlar özləri özlərini saxlamalı, kommersiya qurumuna çevrilməlidir. Bu şəbəkələr öz fəaliyyətlərini elə qurmalıdır ki, həm öz xərclərini qarşılaya, həm də investisiya fəaliyyəti həyata keçirə bilsinlər. Bu, uzunmüddətli prosesdir. Dövlət maliyyəsinə ümidli olan bir qurum artıq özü-özünü saxlayan quruma çevriləcək və rəqabət nəticəsində fəaliyyət göstərməli olacaq. Ümid edirəm ki, bu qanunlar qüvvəyə minəndən sonra bizim bazarda radikal dəyişikliklər olacaq. Əsas elementlərdən biri budur ki, istehlakçı şəbəkəyə qoşulmaq üçün texniki şərt alır. O, müəyyən rüsum ödəyir və şəbəkəyə qoşulur. Amma paylayıcı şəbəkə bütün fəaliyyəti dövründə istehlakçının həmin şəbəkədə qalmağını təmin edir. Məsələn, bir nəfərin bir neçə mənzili var, amma onların hamısında yaşamır. Çünki o mənzillərə investisiya aləti kimi baxır. Ancaq onların saxlanılması xərc tələb edir. Buna görə də sabit tarif gündəmə gəlir. Sabit tarifə görə, şəbəkədən istifadə etsən də, etməsən də, müəyyən ödəniş etməlisən. Dövlət qurumlarının heç biri sabit tarif barəsində dəqiq və müfəssəl məlumat verməyib. Hamı elə zənn edir ki, ayda bu qurumlara bir istehlakçıdan 15-20 manat ödəniş gələcək. İnsanların buna reaksiyasını normal hesab etmək lazımdır".

İlham Şabanın söylədiyinə görə, dünyada bu təcrübədən 50 ildən çoxdur ki, istifadə olunur: "Bu təcrübə ilk olaraq dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilib. İndi isə əksər ölkədə var. Bizdən bir neçə il əvvəl postsovet ölkələrində, Baltikyanı ölkələrdə bu təcrübə tətbiq edilib. Hətta Mərkəzi Asiya regionunda da bu təcrübə var. Özbəkistan və Qırğızıstanda, Qazaxıstanın dörd əyalətində sabit tarif təcrübəsi mövcuddur. Bu ölkələrdə tariflər Azərbaycan manatı ilə 0,70-1 manat arasında dəyişir. Bir çox ölkədə bunu sayğac tarifi adlandırırlar. İngiltərədə elektrik üzrə illik stabil ödəniş 300 funt-sterlinqdir. Kanada və ABŞ-də bu ödəniş ştatlardan asılı olaraq, hər ay 20-25 ABŞ dolları arasında dəyişir. Yeni Zelandiyada bu ödənişləri günlük hesabla hesablayıb ayın sonunda istehlakçıya göndərirlər. Çünki bir ayda gün sayları fərqli olur. Bunu elə şəffaf formada ediblər ki, istehlakçı özünün aldadıldığını düşünməsin. Bizdə də qiymətlər təqribən bu həddə olmalıdır".

Nəticə olaraq, sabit tarif modeli Azərbaycanda enerji siyasətində yeni dövrün başlanğıcı kimi qiymətləndirilə bilər. Amma bu modelin uğurlu tətbiqi yalnız qanuni bazanın yaradılması ilə deyil, həm də əhalinin maarifləndirilməsi, şəffaflıq və xidmət səviyyəsinin yüksəldilməsi ilə mümkün olacaq. Dövlət, vətəndaş və enerji təchizatçıları arasında qarşılıqlı etimad və şəffaflıq bu məsələdə ən mühüm şərtlərdir.

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyun 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see165

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see148

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see143

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see140

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see131

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see125

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see124

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see123

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see122

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see122

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri