Icma.az
close
up
RU
Sabit elektrik və qaz tarifləri: Yeni modelə keçid necə tətbiq olunacaq, məbləğ necə müəyyənləşdiriləcək? ARAŞDIRMA

Sabit elektrik və qaz tarifləri: Yeni modelə keçid necə tətbiq olunacaq, məbləğ necə müəyyənləşdiriləcək? ARAŞDIRMA

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Azərbaycanda enerji bazarında köklü dəyişikliklərin başlanğıcı kimi qiymətləndirilə biləcək yeni tarif islahatları gündəmdədir. Milli Məclisdə müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" və "Elektroenergetika haqqında" qanun layihələrində əksini tapan sabit aylıq tarif modeli həm qaz, həm də elektrik enerjisi sektorunda tətbiq olunmaqla, uzun müddət mövcud olan dəyişkən ödəniş sisteminə paralel yeni mexanizm formalaşdırmağa yönəlib. İndi istehlakçılar yalnız sərf etdikləri enerji miqdarına görə deyil, həm də sistemə qoşulu olduqları üçün sabit əsasda aylıq ödəniş etməli olacaqlar. Dövlət orqanlarının açıqlamalarına görə, bu addım bir tərəfdən təchizat infrastrukturunun sabit saxlanmasını və şəbəkə xərclərinin ədalətli bölüşdürülməsini təmin etməyə, digər tərəfdən isə enerji xidmətlərində daha şəffaf və dayanıqlı iqtisadi model qurmağa xidmət edir.

Bəs bu yanaşma əhali və biznes subyektləri tərəfindən necə qarşılanacaq? Yeni model real istehlak səviyyəsinə az təsir edən istifadəçilər üçün əlavə yükə çevriləcəkmi, yoxsa uzunmüddətli sabitlik və xidmət keyfiyyəti bu ödənişi əsaslandıracaq?

Hurriyyet.Az “APA-Economics”ə istinadən xəbər verir ki, sözügedən dəyişikliklərlə bağlı müxtəlif fikirlər var.

Energetika nazirinin müavini Samir Vəliyev bildirib ki, “Elektroenergetika haqqında” qanuna dəyişikliyin əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir:

“Layihə Azərbaycanda kommunal xidmətlər sahəsində tariflərin tənzimlənməsinin təkmilləşdirilməsi, tarif metodologiyasının tətbiqi istiqamətində atılan növbəti mühüm addımdır. Bu yeniliyin əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir. İstehlakçının statusundan, kommunal xidmətlərin istifadə səviyyəsindən asılı olmayaraq, daha ədalətli yanaşma tətbiq olunacaq”.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin direktor müavini Rövşən İsmayılov deyib ki, sabit tarif elementinin tətbiqində əsas məqsəd maliyyə yükünü artırmaq deyil: “Təchizat subyektlərinə tariflər vasitəsilə daxilolmalar həmin təchizat xidməti ilə bağlı yol verilən tarif xərcləri səviyyəsində məhdudlaşdırılır. Bu, belə olduğuna görə hər hansı tarif elementlərinin tətbiqi bu və ya digər formada icazə verilən tarif xərclərini artıra bilməz. Bu baxımından sabit tarifin tətbiqində əsas məqsəd tarif elementlərinin təchizat xərclərinin xarakteri baxımından, yəni sabit və dəyişkən xərclər baxımından doğru şəkildə strukturlaşdırılması, o cümlədən, xərclərin istehlak tariflərinə ədalətli şəkildə ötürülməsinin təmin olunmasıdır”.

“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Azər Məmmədov qeyd edib ki, “Qaz təchizatı” haqqında qanun layihəsi təkcə “Azəriqaz” üçün deyil, sektorun bütün iştirakçıları üçün yeni imkanlar yaradacaq:

“Yeni qanun layihəsinin qəbul edilməsi qaz sektorunda islahatların sürətləndirilməsi, aydın və şəffaf qaydaların tətbiqi, ədalətli tarif mexanizmlərinin qurulması və istehlakçı ilə etibarlı münasibətlərin formalaşdırılması baxımından mühüm mərhələ olacaq. Gürcüstan və Türkiyə kimi qonşu ölkələr də bu yanaşmadan bəhrələnərək qaz sektoruna investisiya axınını və sənayenin modernizasiyasını sürətləndirib. Azərbaycan da uzunmüddətli inkişaf strategiyası çərçivəsində bu sahədə ardıcıl addımlar atır və beynəlxalq təcrübəni nəzərə alaraq mövcud islahatları daha da dərinləşdirməyə çalışır”.

O əlavə edib ki, hazırda şəbəkələrin bir hissəsi fiziki baxımdan köhnəlib və bu səbəbdən onların yenilənməsi üçün maliyyə resursları tələb olunur. Bu istiqamətdə müəyyən investisiya proqramları icra olunsa da, prosesin sürətli getməsi üçün davamlı maliyyə mənbələrinə ehtiyac var”.

Sabit tarif necə tətbiq olunacaq?

“APA-Economics” sözügedən yeniliklərlə bağlı iqtisadçıların fikirlərini öyrənib.

Milli Məclisin deputatı Azər Badamov “APA-Economics”ə açıqlamasında deyib ki, sabit tarif - qazın və ya da elektrik enerjinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanını müəyyən etdiyi orqan tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir: “Bu məbləğ hər bir istehlakçı tərəfindən onun enerjini istehlak edib-etməməsindən asılı olmayaraq, hər ay ödənilməli, hamı üçün müəyyən olunmuş sabit rəqəm olacaq. Sabit tarifin tətbiq olunmasının məqsədi bütün kommunikasiyaların işləkliyini təmin etmək və fasiləsiz istehlakına şərait yaratmaqdır. Bu, qaz və enerjinin təchizatı ilə bağlı aparılan islahatların tərkib hissəsidir”.

Enerji məsələləri üzrə ekspert İlham Şaban isə yeni dəyişikliklər və onların mahiyyəti barədə dövlət qurumları tərəfindən vətəndaşlara kifayət qədər izahlı məlumatın verilmədiyini bildirib: “İndiyə qədər enerji sektorundakı paylayıcı şəbəkələr dövlətin subsidiyası, dəstəyi hesabına və dövlət şirkətlərinin çətiri altında olmaqla ömür sürürdü. Artıq dövlət tərəfindən verilən tapşırığa görə, onlar özləri özlərini saxlamalı, kommersiya qurumuna çevrilməlidir. Bu şəbəkələr öz fəaliyyətlərini elə qurmalıdır ki, həm öz xərclərini qarşılaya, həm də investisiya fəaliyyəti həyata keçirə bilsinlər. Bu, uzunmüddətli prosesdir. Dövlət maliyyəsinə ümidli olan bir qurum artıq özü-özünü saxlayan quruma çevriləcək və rəqabət nəticəsində fəaliyyət göstərməli olacaq. Ümid edirəm ki, bu qanunlar qüvvəyə minəndən sonra bizim bazarda radikal dəyişikliklər olacaq. Əsas elementlərdən biri budur ki, istehlakçı şəbəkəyə qoşulmaq üçün texniki şərt alır. O, müəyyən rüsum ödəyir və şəbəkəyə qoşulur. Amma paylayıcı şəbəkə bütün fəaliyyəti dövründə istehlakçının həmin şəbəkədə qalmağını təmin edir. Məsələn, bir nəfərin bir neçə mənzili var, amma onların hamısında yaşamır. Çünki o mənzillərə investisiya aləti kimi baxır. Ancaq onların saxlanılması xərc tələb edir. Buna görə də sabit tarif gündəmə gəlir. Sabit tarifə görə, şəbəkədən istifadə etsən də, etməsən də müəyyən ödəniş etməlisən. Dövlət qurumlarının heç biri sabit tarif barəsində dəqiq və müfəssəl məlumat verməyib. Hamı elə zənn edir ki, ayda bu qurumlara bir istehlakçıdan 15-20 manat ödəniş gələcək. İnsanların buna reaksiyasını normal hesab etmək lazımdır”.

Azərbaycanda tətbiq olunacaq sabit tarifin məbləğinin hələlik müəyyənləşmədiyini qeyd edən İlham Şaban dünyada bu təcrübədən 50 ildən çoxdur istifadə olunduğunu deyib: “Bu təcrübə ilk olaraq dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilib. İndi isə əksər ölkədə var. Bizdən bir neçə il əvvəl postsovet ölkələrində, Baltikyanı ölkələrdə bu təcrübə tətbiq edilib. Hətta Mərkəzi Asiya regionunda da bu təcrübə var. Özbəkistan və Qırğızıstanda, Qazaxıstanın dörd əyalətində sabit tarif təcrübəsi mövcuddur. Bu ölkələrdə tariflər Azərbaycan manatı ilə 0,70-1 manat arasında dəyişir. Bir çox ölkədə bunu sayğac tarifi adlandırırlar. İngiltərədə elektrik üzrə illik stabil ödəniş 300 funt-sterlinqdir. Kanada və ABŞ-də bu ödəniş ştatlardan asılı olaraq, hər ay 20-25 ABŞ dolları arasında dəyişir. Yeni Zelandiyada bu ödənişləri günlük hesabla hesablayıb ayın sonunda istehlakçıya göndərirlər. Çünki bir ayda gün sayları fərqli olur. Bunu elə şəffaf formada ediblər ki, istehlakçı özünün aldadıldığını düşünməsin. Bizdə də qiymətlər təqribən bu həddə olmalıdır. Özümüzdən şişirdilmiş tariflər tətbiq etsək, sistem işləməyəcək”.

“Bəs 0,70-1 manat civarında tarif paylayıcı şirkətlərə nə verəcək?” Azəriqaz”ın 2,6 milyon, “Azərişığ”ın 3 milyona yaxın abonenti var. Ayda bir istehlakçı 1 manat ödəniş etsə, bu hesabla “Azəriqaz” ildə təqribən 32 milyon manat, “Azərişıq” isə 36 milyon manat vəsait qazanacaq. Bu vəsaitlə müəyyən işləri görmək mümkündür. Digər tərəfdən, onların bu işləri görməsi üçün şəffaflıq olmalıdır. İndiyə qədər tariflər artırılanda xidmət səviyyəsinin artdığını hiss etməmişik. Deməli, xidmət səviyyəsi də yüksəldilməlidir ki, insanlar dəyişikliklərə normal reaksiya versinlər”, - deyə İ. Şaban əlavə edib.

Nəticə olaraq, sabit tarif modeli Azərbaycanda enerji siyasətində yeni dövrün başlanğıcı kimi qiymətləndirilə bilər. Amma bu modelin uğurlu tətbiqi yalnız qanuni bazanın yaradılması ilə deyil, həm də əhalinin maarifləndirilməsi, şəffaflıq və xidmət səviyyəsinin yüksəldilməsi ilə mümkün olacaq. Dövlət, vətəndaş və enerji təchizatçıları arasında qarşılıqlı etimad və şəffaflıq bu məsələdə ən mühüm şərtlərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 İyun 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see252

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see177

İran İsrail və ABŞ a rəsmən müharibə elan etməyə hazırlaşır

13 İyun 2025 10:26see158

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see154

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see140

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see138

İsrail İran münaqişəsi Azərbaycana necə təsir edəcək? ŞƏRH

13 İyun 2025 11:24see137

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see136

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see129

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see129

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see126

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see123

Tramp: İran rəsmiləri nüvə sazişi bağlamaq üçün zəng edir

13 İyun 2025 20:09see122

ABŞ də nazirə sual vermək istəyən senatora güc tətbiq edildi

13 İyun 2025 02:49see121

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see121

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see121

Mümkün müharibədə kim qələbə qazanar? İran və İsrailin hərbi gücü FOTOlar

13 İyun 2025 22:57see121

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see120

Hava şəraiti pisləşəcək ƏHALİYƏ XƏBƏRDARLIQ

12 İyun 2025 22:47see116

Meşələrin İnkişafı Xidmətinin sabiq əməkdaşlarına hökm oxunub

13 İyun 2025 19:56see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri