Icma.az
close
up
RU
Sabit maaş, səssiz qalmaq, qohumbazlıq, köhnə idarəetmə... Gənclər dövlət sektorunda öz ünü tapa bilmir

Sabit maaş, səssiz qalmaq, qohumbazlıq, köhnə idarəetmə... Gənclər dövlət sektorunda öz ünü tapa bilmir

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Son illər gənclər arasında “dövlət işinə girmək” bir vaxtlar olduğu qədər arzuolunan deyil. Əvvəllər sabit maaş və təminat üstünlük sayılırdısa, indi yeni nəsil daha çox azadlıq, yaradıcılıq və inkişaf imkanları axtarır. Bəs bu meyl nədən qaynaqlanır?

Əvvəlki nəsillər üçün dövlət sektoru sabit gəlir, sosial təminat və uzunmüddətli iş yeri demək idi. İndiki gənclər isə sabitlik yox, inkişaf və fərdilik axtarır. Onlar üçün “eyni vəzifədə illərlə qalmaq” artıq təhlükəsiz seçim deyil, əksinə potensialın boşa getməsi kimi görünür. Bir çox gənc hesab edir ki, dövlət işində yaradıcılıq məhduddur, inkişaf tempi ləngdir və yeni ideyalara açıq mühit azdır.

Gənclər daha şəffaf və ədalətli sistem istəyirlər. Bəzən dövlət qurumlarında rəhbərlik münasibətləri, qohumbazlıq və köhnə idarəetmə modeli gəncləri uzaqlaşdırır. Bu, xüsusilə bacarıqlı və xaricdə təhsil almış gənclərin özünü həmin mühitdə təsdiqləməsini çətinləşdirir. Gənclərin böyük hissəsi hesab edir ki, dövlət sektorunda “kimin tanışının olması” bəzən bilikdən daha çox rol oynayır.

Yeni nəsil üçün iş yalnız maaş deyil. Onlar məna və dəyər axtarır. Startaplar, yaradıcılıq agentlikləri, texnoloji şirkətlər və QHT-lər gənclərə bu hissi daha çox verir. Məsələn; sosial layihədə iştirak edən bir gənc özünü “dünya üçün nəsə edən” kimi hiss edir, halbuki eyni motivasiyanı dövlət idarəsində tapmaq çətindir.

Əgər əvvəllər dövlət işi “sabit maaş” demək idisə, indi özəl sektor bu sabitliyi çoxdan geridə qoyub. Texnologiya, PR, media və satış sahələrində çalışan gənclər qısa zamanda daha yüksək gəlir əldə edə bilirlər. Dövlət sistemində isə maaş artımı yavaş gedir, bonus və təşviq mexanizmləri azdır. Bundan başqa, freelance və uzaqdan işləmək imkanları da gəncləri özəl sektora yönəldir.

Gənclər fikrini sərbəst demək, ideyalarını paylaşmaq istəyir. Dövlət sektorunda isə bəzən “səssiz qalmaq”, “tapşırığı yerinə yetirmək” prinsipi üstünlük təşkil edir. Bu isə özünüifadə ehtiyacını boğur. Mühitdə motivasiya və əməkdaşlıq ruhu olmadıqda, gənclər həmin iş yerlərində uzun müddət qalmaq istəmirlər.

Gənclər dövlət sektorunu tərk etmirlər, sadəcə orada özlərini tapa bilmirlər. Əgər sistem gənclərin potensialına yer verməsə, yaradıcılığa açıq olmasa, bu tendensiya daha da güclənəcək. Dövlət sektoru gəncləri cəlb etmək istəyirsə, innovativ yanaşma, şəffaf karyera artımı və motivasiya sistemi qurmalıdır. Çünki bu günün gənci sabitlik deyil, dəyərləndirilməyi və inkişafı seçir.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Oktyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri