Icma.az
close
up
RU
Sabit tarif yanvarın 1 dən qüvvəyə minəcək? Millət vəkilindən AÇIQLAMA

Sabit tarif yanvarın 1 dən qüvvəyə minəcək? Millət vəkilindən AÇIQLAMA

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Elektoenergetika  haqqında" qanuna edilən dəyişikliklərə görə, elektrik enerjisinin ödənilməsində sabit tarif tətbiq olunacaq. "Qaz təchizatı haqqında" yeni qanunda da sabit tariflər nəzərdə tutulub. Qanuna əsasən, sabit tarif qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif element olacaq.  

Bəs sabit tarif nə vaxtdan tətbiq olunacaq?  Yeni tariflər 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək?

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, qanun 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minir:

“Lakin sabit tariflərin tətbiqi 2027-ci ilin yanvarın 1-dən nəzərdə tutulur. Bu məsələ Energetika Komitəsində müzakirədən keçib. Qanunun bəzi maddələrində tətbiq tarixləri fərqlidir. Qanun ümumilikdə 2026-cı ilin yanvarın 1-dən qüvvəyə minməsinə baxmayaraq, orada hazırlıq mərhələsi nəzərdə tutulub. Qanun kifayət qədər genişdir və tənzimləyici mexanizmlərlə bağlı maddələr var. Məhz buna görə də bir sıra maddələrin tətbiq müddəti 2026-cı il deyil, 2027-ci il və digər tarixlər üzrə müəyyənləşdirilib. Məqsəd prosesə mərhələli şəkildə hazırlaşmaq və mexanizmlər tam formalaşdırıldıqdan sonra tətbiqin daha uğurlu olmasını təmin etməkdir. Eyni zamanda, əsas hədəflərdən biri də istifadəsiz evlərin istifadəyə cəlb edilməsi və onlarla bağlı elektrik xərclərinin tənzimlənməsidir”.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Dekabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri