Icma.az
close
up
RU
Sabitlik və sülhün bərqərarı vacibdir SABİQ SƏFİR DANIŞDI

Sabitlik və sülhün bərqərarı vacibdir SABİQ SƏFİR DANIŞDI

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qardaş Türkiyə ilə Azərbaycan arasındakı dostluq, əməkdaşlıq və həmrəylik dünyada nadir bir nümunədir. Başqa heç bir yerdə belə bir dostluq, əməkdaşlıq və həmrəylik yoxdur. Mustafa Kamal Atatürkün dediyi kimi, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir". Naxçıvana atılan raketləri biz Türkiyəyə atılmış hesab edirik. Türkiyəyə atılan raketləri isə Azərbaycana atılmış hesab edirik. Bu raket hücumlarından sonra iki ölkənin prezidentləri, xarici işlər nazirləri və müdafiə nazirləri arasında baş tutan telefon danışıqları da bunu açıq şəkildə göstərir".

Bu sözləri SİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İmza” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.

Onun sözlərinə görə,15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi artıq iki qardaş ölkəni daha da sıx bağlamış və onları strateji müttəfiqə çevirmişdir: "Prezidentlər arasındakı münasibətlər cəmiyyətin bütün təbəqələrinə də öz təsirini göstərir. Türkiyə Prezidenti Recep Tayyip Erdoğan bölgədə sabitliyin və sülhün bərqərar olmasını, müharibənin isə mümkün qədər tez dayandırılmasını arzulayır. O, gün ərzində müxtəlif dövlət rəhbərləri ilə danışıqlar apararaq atəşkəsin əldə olunması üçün səylər göstərir.

Eyni şəkildə, Azərbaycan Prezidenti İlham Əliyev də bu müharibənin tezliklə dayandırılmasını istəyir.
Bu müharibə həm Azərbaycanın, həm də Türkiyənin qonşuluğunda baş verir. Başqa sözlə, müharibə alovu bizim qapımıza çox yaxındır. İran xalqı isə dost xalqdır və orada 35 milyondan çox azərbaycanlı türk yaşayır. Təəssüf ki, bu müharibədə günahsız insanlar həyatını itirir.

Əslində, bu müharibə beynəlxalq humanitar hüququn pozulmasıdır. Burada insanlığa qarşı cinayətlər törədilir. Hüququn üstünlüyü deyil, gücün üstünlüyü tətbiq olunur ki, bu da dünyadakı mövcud nizamın sarsılması deməkdir.
Bizim arzumuz müharibənin tezliklə bitməsi və diplomatiyaya imkan verilməsidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Mart 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri