Səfir: Zəngəzur dəhlizinin açılması bölgəyə sülh və sabitlik gətirəcək
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycanla Türkiyə arasında siyasi münasibətlər olmadığı qədər mükəmməldir. "Bir millət, iki dövlət" şüarına uyğun şəkildə hər keçən gün münasibətlərimiz inkişaf edir. Həmçinin, siyasi müstəqilliklə yanaşı, iqtisadi müstəqillik - heç bir dövlətdən iqtisadi asılılıq olmaması üçün iki qardaş ölkə olaraq yorulmadan çalışırıq".
Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün "Suveren Azərbaycan - Biznesdə yeni cığır" mövzusunda keçirilən konfransda deyib.
Qarabağın iqtisadi dirçəlişinə toxunan diplomat Zəngəzur dəhlizinin açılması ehtimalını da yüksək qiymətləndirib:
"TRIPP marşrutunun inşası istiqamətində Türkiyə olaraq biz də yolun Qarsdan başlayıb Naxçıvana qədər olan hissəsinin tikintisinə başlamışıq. Azərbaycan da dəhlizin Ermənistanla sərhədə qədər olan hissəsinin inşasını sürətlə davam etdirir. Zəngəzur dəhlizinin açılması hər bir müvafiq ölkənin iqtisadi inkişafına töhfə verəcək. Bu yol həm də Orta Dəhliz layihəsinin irəliləməsi deməkdir. Proses bölgəyə sülh və sabitlik gətirəcək, insanların rifahına müsbət təsir göstərəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 24 Dekabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















