Şabranda ağaca çırpılan minik avtomobilinin sürücü ölüb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Şabran, 6 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şabran rayonunun Şahnəzərli kəndi ərazisində “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü – Quba rayonunun Kələnov kənd sakini Elşən Rzabala oğlu Rzaquliyev hadisə yerində ölüb.
Deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyiti çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Ağaca çırpılan maşındakı sürücü xəstəxanada ölüb VİDEO (YENİLƏNİB)
18 Avqust 2025 12:42
Şabranda avtomobil ağaca çırpılıb, sürücü ölüb FOTO
06 Oktyabr 2025 15:31
Şabranda Qaz 53 dirəyə çırpılıb, sürücü ölüb
02 İyun 2025 09:21
Şabranda avtomobil ağaca çırpılıb, iki qardaş ölüb
10 May 2025 14:05
Neftçalada daş lövhəyə çırpılan motosikletin sürücüsü ÖLÜB
29 Sentyabr 2025 09:38

