Icma.az
close
up
RU
Şabranda bəzi yollar sıradan çıxıb, qaz problemi yaranıb Açıqlama

Şabranda bəzi yollar sıradan çıxıb, qaz problemi yaranıb Açıqlama

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Bir neçə gündür müşahidə olunan intensiv yağışlar nəticəsində Şabran rayonunun qaz təchizatında problem yaranıb. Həmçinin yağış və sel suları rayon infrastrukturuna ziyan vurub, rayonda yerləşən hotellərə gedən yolları sıradan çıxarıb.

Bu barədə “Qafqazinfo”ya sakinlər məlumat veriblər. Onların bildirdiyinə görə, rayon mərkəzindən keçən Dəvəçiçayın daşması nəticəsində bir sıra ev və obyektlərə ziyan dəyib. Evini sel aparan sakinlər təhlükəsiz yerlərə təxliyə olunsalar da, hələ də selin yaratdığı fəsadlar qalmaqdadır. 

Problemlə bağlı Şabran Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda ərazidə texnika və canlı qüvvə çalışır, yaranmış problemlər aradan qaldırılır: “27-28 mart və 4-5 aprel tarixlərində Şabran rayonuna yağan intensiv yağışlar nəticəsində rayon ərazisində bir çox fərdi yaşayış evlərinə, infrastruktura ciddi ziyan dəyib. Şabran rayonu ərazisində qaz xətlərində yaranmış qəzaların qarşısının alınması istiqamətində işlər sürətlə davam etdirilir. Belə ki, ötən gün saat 15:00-dan etibarən Şabran şəhərinə təbii qazın verilməsi təmin olunub, kəndlərdə də bu istiqamətdə işlər davam etdirilir.

Rayonun Çölquşçu inzibati ərazi dairəsinə daxil olan kəndlərdə su basmış evlər Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sulardan təmizlənir. Şabran-Əmirxanlı-Qalaaltı avtomobil yolu sel suları nəticəsində tamamilə yararsız hala düşdüyü üçün sakinlərin gediş-gəlişini təmin etmək məqsədilə hazırda alternativ yolda təmir-bərpa işləri aparılır. Şabran-Düz Bilici-Pirəbədil avtomobil yolunun üzərində salınmış körpülər və yol tamamilə dağıldığı üçün Şabran-Dağ Bilici-Zeyvə avtomobil yolundan istifadə etmələri sakinlərə tövsiyə olunub”.

Şabran RİH-dən həmçinin bildirilib ki, Rayon Fövqəladə Hallar Komissiyası rayon ərazisində əhaliyə və infrastruktura dəymiş ziyanın ölçülməsi ilə bağlı intensiv işlər aparır.

Gülnar Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Aprel 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri