Sabunçuda uşaq bağçası üçün ayrılan ərzaqlar MƏNİMSƏNİLİB? VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki körpələr evi-uşaq bağçasında uşaqlar üçün ayrılan ərzağın bağça rəhbərliyi tərəfindən mənimsədildiyi iddia olunub.
Avtosfer.az xəbər verir ki, iddia ilə bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
İddia olunur ki, 198 nömrəli körpələr-evi uşaq bağçası üçün gətirilən ərzaqlar əməkdaşlar tərəfindən mənimsənilir və bağçadan çıxarılır.
Oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki,198 nömrəli körpələr-evi uşaq bağçasına dair iddialarla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılacaq.
"Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir", - deyə məlumatda bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 05 İyun 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















