Icma.az
close
up
RU
Saç tökülməsi: Mövsümi hal yoxsa ciddi xəbərdarlıq?

Saç tökülməsi: Mövsümi hal yoxsa ciddi xəbərdarlıq?

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Saç tökülməsi bəzən normal fizioloji proses hesab olunur, xüsusilə mövsümi dəyişikliklər zamanı. Lakin əgər bu problem uzun müddət davam edirsə və ya xroniki xarakter alırsa, ciddi narahatlıq doğura bilər. Bəs saç tökülməsi nə vaxt həqiqətən diqqətə alınmalıdır?

Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, saç tökülməsi heç bir aydın səbəb olmadan 1 il ərzində davam edirsə, bu, orqanizmdə müəyyən dəyişikliklərin əlaməti ola bilər.

13 ildən çox təcrübəyə malik bərbər Mela-Lotus Liz bildirir ki, saç qırılması və tökülməsi məsələlərinə xüsusi diqqət yetirir. Onun sözlərinə görə, saç canlı bir strukturdur və əsasən keratin zülalından ibarətdir. Keratin həm saçlara, həm də dırnaqlara möhkəmlik və elastiklik verir. Saçın böyüməsi hər kəsdə fərqli olan və genetikadan təsirlənən üç mərhələli dövrə əsaslanır:

Saç böyüməsinin mərhələləri

Anagen (böyümə fazası) - orta hesabla 2-6 il davam edir.

Katagen (keçid fazası) - qısa mərhələ, təxminən 2-3 həftə çəkir; bu zaman saç follikulu yığılır və fəaliyyətini dayandırır.

Telogen (istirahət fazası) - 2-3 ay davam edir, sonra saç təbii şəkildə tökülür və yerinə yenisi çıxır.

Mela-Lotus Liz qeyd edir ki, saç tökülməsi həddindən artıq artarsa, bu, orqanizmin siqnalı kimi qiymətləndirilməlidir. Xüsusilə əgər:

Tökülmə 6-8 həftədən çox davam edirsə

Saç sıxlığında nəzərəçarpacaq azalma varsa

Probor (saç ayrımı) genişlənirsə

Ayrı-ayrı sahələrdə seyrəkləşmə yaranırsa

bu hallara laqeyd yanaşmaq olmaz.

Həkimə müraciət edilməli halları

Saç tökülməsi qəfil başlayır, davamlı artırsa və əlavə olaraq aşağıdakı faktorlar müşahidə olunursa, mütləq mütəxəssisə müraciət edilməlidir:

Uzun müddətli stress və xroniki yorğunluq

Autoimmun xəstəliklər

Qida çatışmazlığı (xüsusilə dəmir, zülal, vitaminlər)

Vaxtında diaqnoz qoymaq və müvafiq tədbirlər görmək problemin daha da artmasının qarşısını alır.

Mövsümi saç tökülməsi

Mövsümi tökülmə əsasən payız və yaz aylarında müşahidə olunur və adətən bir neçə həftə davam edir. Bu zaman gündə təxminən 100-150 saç teli tökülə bilər. Mövsümi tökülmə qalıcı keçəlləşmə və seyrəklik yaratmır.

Lakin əgər tökülmə 2 aydan çox davam edirsə və saç sıxlığında əhəmiyyətli azalma müşahidə olunursa, mütəxəssisə müraciət tövsiyə olunur.

Saç tökülməsinin mümkün səbəbləri

Mütəxəssis bildirir ki, saç tökülməsi müxtəlif səbəblərlə əlaqədar ola bilər:

Androgenetik alopesiya - tədricən inkişaf edir, müəyyən sahələrdə seyrəkləşmə ilə müşahidə olunur

Autoimmun xəstəliklər - qəfil və ocaq-ocaq tökülməyə səbəb ola bilər

Anemiya və dəmir çatışmazlığı - güclü yorğunluqla birlikdə bütün baş boyunca diffuz tökülmə yarada bilər

Hər bir səbəb fərqli yanaşma və müalicə tələb etdiyindən, düzgün diaqnozun vaxtında qoyulması vacibdir.

Saç sağlamlığına diqqət yetirmək, erkən xəbərdarlıq siqnallarını görmək və zəruri hallarda mütəxəssisə müraciət etmək tövsiyə olunur.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 21 Yanvar 2026 05:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri