Icma.az
close
up
RU
Saç və qaşları tökülməsin deyə kimyaterapiyadan imtina edib

Saç və qaşları tökülməsin deyə kimyaterapiyadan imtina edib

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bir az əvvəl Milli Onkologiyanın kimyaterapiya şöbəsinin müdiri ilə danışdım. Onun sözlərinə istinadən bildirirəm ki, mərhum aktrisa Çimnaz xanım 2022-ci ilin əvvəlində həkimin yanına əzələ toxuması diaqnozu ilə gəlib. Həkim tövsiyyə edib ki, kimyaterapiya lazımdır. Deyəsən, oraya əməliyyat olduqdan sonra gedibmiş. Çimnaz isə razı olmayıb".

Axşam.az xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli sosial şəbəkədə paylaşdığı videoda deyib. O, xərçəngdən vəfat edən mərhum aktrisa Çimnaz Sultanovanın 3 dəfə kimyaterapiya qəbul etdiyini bildirib:

"2022-ci ilin sonlarında yenidən Milli Onkologiyaya gəlib və görüblər ki, şiş qarın boşluğuna metastaz verib. Həkim izah edib ki, kimyaterapiya almalısan, yoxsa yaxşı olmayacaqsan. Yenə də razılaşmayıb. İmtina etməsinin səbəbi isə saç və qaşlarının tökülməsini istəməməsi olub. O da gözəlliyinə aşiq olduğu üçün istəməyib. 2023-cü ilin dekabrında üçüncü dəfə qaraciyər metastazı ilə yenidən həkimə müraciət edib. Bu müddət ərzində isə onun əməliyyatlarını başqa klinika edib. Heç birinə Milli Onkologiya qarışmayıb. Ona tövsiyyə ediblər ki, əməliyyatdan sonra kimyaterapiya etdir. Üçüncü dəfə isə ard-arda 3 kurs kimyaterapiya alıb. Həftə ilə xəstəxanada qalıbmış və ona yaxşı qulluq edilib. Sonuncu dəfə kimyaterapiya aldıqdan sonra görüb ki, saçları və qaşı tökülür, o gedən gedib. Bir il bir ay ərzində onu xəstəxanada görən olmayıb".

Nazilə Səfərli həmçinin həkimin sözlərinə istinadən qeyd edib ki, Çimnaz Sultanova kimyaterapiyanı düzgün qəbul etsəydi, daha 1-2 il yaşaya bilərmiş.

Qeyd edək ki, ötən gün ad günündə dünyasını dəyişən aktrisa Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://axsam.az
archiveBu xəbər 16 Yanvar 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri