Icma.az
close
up
RU
“Saçımın rəngini açmışam, kefimə düşsə, çəhrayı rəngə boyayaram” Sovetski uşağı Nihatla MÜSAHİBƏ

“Saçımın rəngini açmışam, kefimə düşsə, çəhrayı rəngə boyayaram” Sovetski uşağı Nihatla MÜSAHİBƏ

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Lent.az-ın müsahibi sosial şəbəkələrdə yüz minlərlə izləyicisi olan, bloqer Nihat İskəndərovdur.

- Nihat, sən də özünü "tiktoker" kimi təqdim eləməkdən çəkinirsən?

- Əslində, elə də çəkinmirəm. "Tiktok" platformasına nəsə yükləyirəmsə, "tiktoker" sayıla bilərəm. Amma baxır ki, hansı sözü hansı formada deyəsən. "Xiyar" sözü də normal sözdü, tərəvəz adıdı, amma təhqir kimi də işlətmək olar.

- Səncə, bu işin ən yaxşısı kimdi?

- Hüseyn Əzizoğlunu əfsanə hesab edirəm. Ümumiyyətlə, desələr ki, əfsanə sayılası bir nəfər kimdir, mən onun adını çəkərəm. Hüseynin artıq, yersiz, mənasız kimi gördüyüm heç bir işi yoxdu. Mənim uşaqlığım onun videoları ilə keçib. O, işini biznesə çevirə bilibsə, deməli, öz sahəsində kifayət qədər uğurludu. Mən də onun cızdığı yolla getmək istəyirəm.

- Bəs onun "Maşın Şou" məsələləri?

- Hər kəs özünə cavabdehdi. Hüseynə görə, etdiyi hərəkətlər düzgündü və o haqlıdı. Mən olsaydım, o cür hərəkətlər edərdimmi, etməzdim. Yəni, mənə görə, doğru deyil.

- Biri var, obraz yaradasan, video çəkəsən. Biri də var ki, insanlar şəxsən səni təhqir edələr. Səncə, bunların arasında fərq yoxdu?

- Oranın tamamilə başqa bir ab-havası var. Mən də bilmirəm ki, sabah elə bir verilişə çıxsam, özümü necə apara bilərəm. Videolarımı izləyənlərin əksəriyyəti 40-50 yaş aralığındadı. Yəqin ki, buna görədi ki, heç bir videoma təhqir yazan yoxdu.

- O yaşdakılar söyüş bilmirlər?

- Bilirlər, amma o yaşdakılar artıq kimisə söyməkdən yorulublar.

- Biri var, bir nəfəri 10 nəfər söysün, biri də var, hamı. Səncə, bunların arasında fərq yoxdu?

- Hamı nəyə deyirsiniz ki? Məsələn, hamıdan biri də mənəm, mən söymürəm. Biz həmin videoları qəsdən çəkirik ki, söyülək, baxış daha çox gəlsin. Bunu hansısa lisenziyalı aktyor edəndə əl çalırsınız, biz edəndə daş-qalaq edirsiniz. Biz də bu yolla aktyorluq edirik. Həm də ki, söyəndə də sənət əsəri kimi söymək lazımdı. Ağzına gələni boş-boş deməklə deyil. Məsələn, hamamda bir video çəkmişdim. Mövzu bundan ibarət idi ki, çiməndə dəsmalı özümlə götürməyi unuduram. Qapını açıb "mama, mama" qışqırmağa başlayıram. Bu videoya 1.4 milyon izlənmə gəlib. Bəziləri isə rəy yazıblar ki, zəmanə korlanıb, bir azdan hamamda nə etsələr, hamısını çəkib paylaşacaqlar. Bu cür insanların yaşayışı yoxdu. Onlar hər şeydə bir pis niyyət axtarırlar. Onlara çatmır ki, mən burda pis heç nə etməmişəm.

- Səncə, həmin video cəmiyyət üçün nə dərəcədə faydalıdı?

- Hər şeyə sırf "faydalı" sferasından yanaşsaq, gərək, ümumiyyətlə, heç nə etməyək. Bu məsələ bir az nəyə oxşayır, deyim. Uşaq vaxtı bizə məktəbdə hansısa düsturları öyrədəndə müəllimlərə şablon sual verirdik ki, bu gələcəkdə bizə harda lazım olacaq? Yəni, hər şey lazımdı deyə öyrədilmir. Mən də o videonu kimlərəsə mütləq lazımdı, ya da ki, cəmiyyətə faydalıdı deyə çəkməmişəm. Mənim həmin videoya ailəm, qohumlarım da baxır. Səviyyəsiz nəsə olsaydı, icazə verməzdim ki, onların da qarşısına çıxsın.

- Saçını niyə sarı rəngə boyamısan?

- Mən saçımı boyamamışam, sadəcə, rəngini açmışam. Bunlar başqa şeylərdi. Hazırda saçımda ümumiyyətlə, boya yoxdu. Özüm "Sovetski"də yaşayıb, böyümüşəm. Yasamalda yaşamışam. Elə hadisələrlə böyümüşəm ki, heç kəs mənə deyə bilməz ki, sən nəyisə yaşamamısan, görməmisən. Amma bunun mənim tərzimə heç bir aidiyyatı yoxdu. Daha doğrusu, özüm icazə verməmişəm ki, yaşadığım yer, ətrafdakı insanlar tərzimə müdaxilə edə bilsin. Mən yeni imiclər yaratmağı sevirəm. Bunu da gedib başqasının üstündə yoxlayası deyiləm ki. Bədən özümündü, öz üstümdə yoxlayıram. Sabah kefimə düşsə, saçımı çəhrayı rəngə boyayaram. İnsan özünə yaraşanı etməlidir.

- Valideynlərin gördüyün işlə bağlı nə deyirlər?

- İlk başlarda qəti razı deyildilər. Tipik Azərbaycan ailələri kimi təhsil, təhsil deyirdilər, başqa heç nə. İndi isə özümü sübut etmişəm və buna görə də həmişə yanımdadılar, dəstək olurlar. Elə ən böyük dəstəkçim də ailəmdi. Mənimlə qürur duyurlar ki, belə övladları var.

- Hər şeyin reklamını edirsən?

- Yox, əvvəllər edirdim. İndi bu məsələlərdə seçiciyəm. Əvvəllər spirtli içkiləri də reklam eləmişəm. İndi isə mənə görə düzgün deyil. İnsanlara pis örnək olacaq nə varsa, onları təqdim eləmək düzgün deyil.

- Məsələn, qabağına düzmüsən məhsulları, deyirsən ki, bunları filan karqo şirkətindən pulsuz almışam. İnsanları aldatmaq səni narahat eləmir?

- Mən onları həqiqətən pulsuz alıram.

- Sən reklam edirsən deyə alırsan. Axı səni izləyən insanlar da pulsuz ala bilməyəcəklər...

- Haqlısınız, amma məsələn, saatı pulsuz almaq mümkündü. Düzdü, dediyim qədər sadə deyil, amma hər bir halda, mümkündü. Müəyyən prosedurlar var ki, onları həyata keçirsən, həqiqətən, saatı pulsuz əldə edə bilərsən. Dediyim qədər sadə olmasa da, pulsuz əldə edirsən.

- Yəni, yalan danışmırsan, amma həqiqəti gizlədirsən...

- Bəli, demək olar ki, elədi. Amma düşünürəm ki, insanlar o qədər cahil deyil. Onlar onsuz da başa düşürlər ki, nə doğrudu, nə yalandı.

- Səncə, kimlər layiq olduğu yerdən daha yüksəkdədilər?

- Düşünürəm ki, hazırda müğənnilərin böyük bir qismi layiq olduğu yerdən daha yüksək mövqedədi. Məsələn, Hiss. Əgər Əslixan olmasaydı, o da olmazdı. Hazırda Hissi müğənni edən bir amil varsa, o da Əslixandı. Onun bu yerə gəlib çıxmasının tək səbəbkarı odu. Bunun kimi bir çox müğənni var ki, kiminsə hesabına gəlib bir yerə çıxıblar və özlərini böyük bir şey zənn edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Fevral 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri