Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

“Həkim məsləhəti” rubrikamızda

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Qızılın SON qiyməti

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Saçlarından asılan qız Meyxoş Abdullahdan HEKAYƏ

Saçlarından asılan qız Meyxoş Abdullahdan HEKAYƏ

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

- Sənə nə olub, qızım?! Oyan, görüm, niyə ağlayırsan?! - deyə ana, hələ də yuxuda olan qızının çiyinlərindən tutub ehmalca silkələdi.

Qız hövlank yuxudan ayılaraq, bərəlmiş gözlərini başının üstə dayanan anasının üzünə dikdi və bir müddət beləcə gözlərini onun üzündən çəkmədi.

- Qızım, nə olub sənə, yuxumu görürdün?! – deyə anası soruşdu.

Qız, qollarını geniş açaraq, anasının boynuna doladı və onun köksünə sığınaraq hönkürdü.

Ana dözmədi:

- Mənim balam, axı, nə olub sənə, bir sakitləş görüm? Yuxumu görürdün, ağıllım?! – deyə anası onun həyacandan böyüyərək, hədəqəsindən çıxmaq dərəcəsinə çatan gözlərinin içinə baxaraq sanki yalvardı.

Qiz içini çəkərək:

- Hə, anacan, qorxulu bir yuxu görürdüm, çox qorxdum.

Anası onu sakitləşdirməyə çalışdı:

- Mənim gözəl balam, yuxudur da, bu ki gerçək olan bir iş deyil. – De görüm, yuxuda nə görürdün, ağıllım?!

Qız azacıq sakitləşən kimi oldu və dərindən köks ötürərək dedi:

- Anacan, yuxuda gələcəyimi görürdüm.

- Gələcəyinimi? – deyə ana təəccübləndi. - Necə görürdün gələcəyini, qızım?

- Ana, yuxuda görürdüm ki, mən böyümüşəm, gözəl-göyçək bir qız olmuşam. O qədər gözəl olmuşam ki, hamı mənə həsəd aparır. Məni o qədər sevənlər var ki, lap dərdimdən dəli-divanədirlər. Amma məni sevən oğlanların arasında biri var idi ondan yaman xoşum gəlirdi. O oğlan mənə o qədər oxşayırdı ki, elə bil, bir almaydıq yarı bölünmüşdük. O mənim saçlarıma güllərdən çələng hörüb qoyurdu. Mənə o qədər gözəl sözlər deyirdi ki, az qalırdı ağlım başımdan çıxsın. Əllərimdən tuturdu, üz-gözümü oxşayırdı. Onun nəfəsi boyun-boğazıma yayıldıqca, ayaqlarım yerdən üzülürdü, özümü göyün yeddinci qatında hiss edirdim, elə bil. Onun baxışları məni şam kimi əridirdi, dilim, ağzım quruyurdu. Bircə kəlmə söz tapıb onunla danışa bilmirdim. O anda mən çox xoşbəxt idim, anacan. O məni dəlicəsinə sevirdi. Mənə deyirdi ki, sən mənə oxşayırsan... Onunla evləndik... Toyumuz oldu...

Ana gülümsəyərək:

- Qızım, burada qorxulu nə var ki?.. Sən hələ balacasan, on iki yaşın var. Böyüyərsən, böyük qız olarsan, o sənə oxşayan qismətin qarşına çıxar, nişanlanarsan, toyunuz olar. Buna görə qorxub, ağlamağa dəyərmi, ay səfeh?! – deyə anası Xatirənin saçlarını oxşadı.

- Ana, mən buna görə qorxmadım, bilirsən sonra nələr baş verdi? – deyə qız ağlamsındı.

Ana qızının bu şıltaqlığına gülümsəyərək:

- Hə, de görüm nələr baş verdi, nə oldu sonra?

- Ana, həmin oğlanla toyumuzdan bir müddət keçəndən sonra, birdən-birə göyüzü elə qaraldı, elə təlatüm oldu ki, elə bil, bu dünya bir anın içindəcə dağılıb, məhv olacaqdı. Mənim gəlinlik otağımdakı ağ pərdələr, ağüzlü yorğan-döşəyim bir anın içindəcə qapqara rəngə boyandı. Stolun üstündəki gəlinlik güzgüm çilik-çilik olub ətrafa səpələndi. Hələ bunlar bir yana, mənə oxşayan o sevdiyim oğlan, həyat yoldaşım bilirsən nə hala düşdü? Sir-sifəti qaraldı, dili-ağzı qurudu, bir kəlmə söz deməyə incarı olmadı. O ancaq gözləriylə danışırdı mənimlə... Anacan, bilirsən onun gözləri nə deyirdi mənə? O ölmək istəmirdi. Elə bil onu zorla öldürürdülər. Gözlərimin onundə onun bütün bədəni su kimi buxarlanıb yox olurdu... Buxarlandıqca, bircə baxışları gözlərimə höpub, əbədi qalmaq istəyirdi... O öldü... Onunla ölmək istədim. İstədim ki, ruhumu bu əzablardan qurtarım. Axı, mən tək yaşaya bilməyəcəkdim. Mən tək yaşamaqdan qorxurdum...

- Qızım, bu bir yuxudur, hər görülən yuxu çin olmur, mənim balam. Sən hələ uşaqsan, böyüyəcəksən. Sənin taleyin gözəl olacaq, özün kimi. Sən xoşbəxt olacaqsan, gözəl balam.

- Ana, bu hələ harasıdır, mən yuxumda div görmüşəm.

Ana diksinən kimi oldu.

- Ay bala, ağzını xeyirliyə aç, nə div, nə əjdaha? Yəqin, atan gecələr sənin üçün oxuduğu nağıllardan qalıb yadında o divlər. Adamın nə vaxtsa eşitdiyi əhvalatlar sonradan onun yuxusuna girir, axı. Səndə də eynən elə olub. - Hələ, o kişiyə neçə dəfə demişəm ki, bir tikə qız uşağına belə qorxulu nağıllar danışma. Uşaqdır, yuxusuna girər, qorxub elər. Bax, görürsən indi mən deyən oldu, - deyə Xatirənin anası ərinin qarasınca deyindi.

- Ay ana, bu o divlərdən deyildi e, mən yuxuda gördüyüm ağ div idi, ağappaq! – deyə qız, anasını inandırmağa çalışdı.

- Qızım, nə ağ div, nə qara div? Bunlar hamısı nağıllarda olur. Birdə ki, a başına dönüm, camaatın qızları yuxusunda ağ atlı oğlan görür, mənimki isə, yuxusunda div görür, özü də ağından. Başımıza xeyir olsun, - deyə arvad gileyləndi.

- Ay ana, bir dəqiqə qulaq as, mənə. Mən gözümlə gördüyümə inanım, yoxsa sənin sözlərinə. - Vallah, bu yuxu deyildi, mən gerçək həyatımı gorürdüm yuxumda. Elə bil, mənə deyirdilər ki, sən böyüyəndən sonra qarşına ağ div çıxacaq, sən ona ərə gedəcəksən. – Nə olar, axıra kimi mənə qulaq as, ondan sonra sözünü deyərsən.

- Yaxşı, qızım, qulaq asıram, de görüm, nə görürdün yuxunda? – deyə ana səbirsiz halda soruşdu.

- Hə, mənim o sevdiyim oğlan var idı a, həyat yoldaşımı deyirəm, gözlərimin önündə əriyib-əriyib yox olandan sonra, mən bir müddət yalqız qaldım. Onun üçün çox darıxırdım. Həyat mənim üçün sönmüşdü. Heç özüm də bilmirdim ki, niyə yaşayıram. Çətin idi mənim üçün, ana, çox çətin. Arada başıma axmaq-axmaq fikirlər gəlirdi, özümü öldürmək istəyirdim. Bilirsən, bu vaxt nə baş verdi, ana?

Ana qızının danışdığı bu nağıllara qulaq asmaqdan yorulmuş kimi könülsüz olaraq dilləndi:

- De, qızım, de görüm, nə baş verdi? Yəqin ki, bir ağ div peyda odu, hə?

- Hə, anacan, bu vaxt bir ağ div peyda oldu və məni götürüb öz mağarasına apardı. Mən ondan qorxurdum. Qorxurdum ki, o məni mağarada saçlarımdan asacaqdır. Axı, divlər oğurladıqları gözəl qızları saçlarından asırlar.

Anası bu yerdə dözməyib dilləndi:

- Hə, sonra da hardansa bir igid peyda olub mağaraya girir. Görür ki, mağarada gözəl bir qız saçlarından asılıbdır. İgid həmin anda bir könüldən, min könülə qıza vurulur. Sonra da belindən qılıncını çəkib, qırx gün, qırx gecə divlə vuruşur və onu öldurur. Sonra isə...

- Ay ana, bəsdir də, - deyə Xatirə anasının ona lağ etdiyini görüb dilləndi. – Axı, sən deyən kimi olmadı. Qulaq as da, qurban olum...

- Danış, danış, qulaq asıram, - deyə anası dərindən ah çəkdi.

- Hə, o div məni mağarasına gətirib bir küncədə oturtdu. Sonra mağaranın o biri küncündə divara bərkidilmiş iri şamı yandırdı. Mağara işıqlandı. Şamın işığında mən qorxa-qorxa o ağ divə baxırdım. Onun sacları da, qaşları da hətta bədəninin tükləri də ağappaq idi. O div mənə yaxınlaşıb bir addımlığımda dayandı. Qorxumdan tir-tir əsirdim. Fikirləşirdim ki, bu dəqiqə məni parça-parça edib yeyəcəkdir.

O isə diqqətlə mənə baxırdı. Onun iki gözü var idi. Mən elə bilirdim divlərin bir gözü olur, o da alınlarının ortasında. Yəqin ki, bu div dünyanın sonuna qalan axırıncı divlərdən idi, yavaş-yavaş adamlaşırmış.

O əllərini mənə uzadıb qollarımdan yapışdı və ayağa qaldırdı. Çox böyük idi, mən onun qurşağından gəlirdim. Arıq, ağ qıllı tüklərlə örtülmüş bədəni çox vahiməli görünürdü. Elə bil, bu div əcdadlarının skeleti idi.

Mən hələ də qorxumdan əsim-əsim əsirdim. Allaha yalvarırdım ki, bu bədheybət div məni yeməsin. O isə mənim gözlərimin içinə baxırdı. Bir gözü qıyılmış vəziyyətdəydi. Ağ, uzun kirpikləri qaraqulaq oxu kimi biz-biz durmuşdu. Gözlərini qırpanda, sanki bu kirpiklərin bir-bir qopub bədənimə taxılacağını düşünürdüm. Ömrümdə belə bir varlıq görməmişdim. Yalvarmaq istəyirdim ona... O isə, qıyılmış gözləriylə məni təpədən, dırnağa süzməkdə davam edirdi. Birdən o, nə fikirləşdisə qayış kimi dartınaraq, qollarını havaya qaldırdı və geri çevrilib divara bərkidilmiş paslı bir mıxı dartıb yerindən çıxartdı. Mənə elə gəldi ki, o, divardan çıxartdığı mıxı bu dəqiqə mənim başıma çaxacaqdır. Amma o, həmin paslı mıxı “Lamara...” “Lamara...” – deyə, bağıraraq öz ürəyinin başına çaldı. Onun bu bağırtısı mağaranı silkələdi. Vahimə doğuran bu səs mağaranın divarlarında əks-səda verdi.

Mən onun bu müdhiş bağırtısından qorxsam da, anlamaq istəyirdim, axı, bu “Lamara” kimdir?! O niyə divardan çıxartdığı mıxı sinəsinə çalanda “Lamara”- deyə bağırdı? İlk anda zənn etdim ki, Lamara bu ağ divin Allahıdır... O Allahını çağırır...

Paslı mıx yarıya qədər onun sinəsinə taxıldığından, sinəsindən qan süzülərək ayaqlarının altına tökülürdü. O, inləyirdi. İnlədikcə, gözlərindən damla-damla yaş süzülürdü. Deyəsən, o, adam kimi ağlayırdı.... Mənim ona yazığım gəldi...

Sonra o, mənim saçlarımdan yapışaraq, uzun şana barmaqlarıyla onları hördü. Mən qorxu içərisində onun hərəkətlərini izləyirdim. O isə mənə baxıb gülümsəyirdi... Sonra məni sinəsi bərabəri qaldırıb saçlarımdan, ürəyinə sancılmış mıxdan asaraq: - Mən səni yaralı qəlbimdən asıram, ey adam... Mənim bu, param-parça olmuş qəlbimə bir sakitlik, bir işıq gətir!.. – dedi.

Ağ divin danışmağı məni diksindirdi. Bu insan kimi necə danışa bilərdi? – düşündüm.

Üzüm onun ağ, tüklü sinəsinə dirənmişdi. Yum-yumuşaq, amma buz təki soyuq idi onun canı. Ürəyinin döyüntüsünü hiss edirdim. Bu döyüntüdən çox, şırhaşır axan çayın səsinə bənzəyirdi. Elə bil, ağ divin ürəyində çay axırdı...

Asılmış saçlar mənə əziyyət verməsin deyə, o qollarını belimə dolamışdı. Onun bədənindən qıcqırmış üzüm şirəsinin iyi gəlirdi... Amma xoş və bihişedici iy idi bu iy... Mən onun sinəsində xumarlanırdım... O isə ağlayırdı... Ağladıqca mən də kövrəlirdim... Axı, mənim də ürəyim onunki kimi yaralı idi... Əlimi uzadıb onun göz yaşlarını sildim... İmistiydi onun gözyaşları... Bədəni soyuq olsa da, içində, sanki od-alov qaynayırdı. Elə bil, onun sümükləri dəmirçi körüyündə qızardılmışdı, mavi rəngdə işıq saçırdı sümükləri...

- Mən onun ürəyindən asılı qalmışdım, ana... Elə bil mən də o paslı mıx kimi onun ürəyinə sancılmışdım... - Mənim taleyim necə olacaq, anacan?! - deyə, Xatirə anasına sarılıb hönkürdü.

Anası da qızının bu halından kövrəlmişdi. O, yanağından süzülən gözyaşlarını silə-silə:

– Sənin taleyin, gördüyün yuxun kimi olacaq, qızım... Sən yuxunda gələcək taleyini görmüsən...

- Bəs, o ağ div?!.. O hardan gələcək, qismətimə?

- Sən böyü, qızım, o ağ div özü gəlib səni tapacaq!...

***

Bu hadisənin üstündən çox illər gəlib keçdi. Xatirənin yuxusu çin oldu. Günlərin bir günü Xatirə yuxusunda gördüyü Ağ Divlə rastlaşdı. Onlar bir-birlərinə bir könüldən, min könülə aşiq olub, qovuşdular.

Beləcə, Xatirə ilə Giyanın nağılı sona çatdı... Göydən üç alma düşdü...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://adalet.az
archiveBu xəbər 29 Yanvar 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see483

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see266

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see244

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see237

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see228

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see226

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see225

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see218

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see212

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see209

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see208

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see206

Qızılın SON qiyməti

15 Sentyabr 2026 09:23see204

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see203

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see201

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see200

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see193

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see183

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see183

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri