Icma.az
close
up
RU
Şad xəbər Bu peşə sahiblərinin maaşları artacaq

Şad xəbər Bu peşə sahiblərinin maaşları artacaq

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanda minimum əməkhaqqı və pensiyalar artırıldı. Bundan başqa da artımlar oldu. Hətta jurnalistlər də bəzi gəlir vergilərindən azad edildi. Maraqlıdır, aparıcı peşə sahiblərinin maaşında, sahələr üzrə pensiyalarda nə qədər artım tətbiq edildi?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, bizdə maaş artımı məsələsi dövlət sektoru və özəl sektorda bir az fərqlidir.

Onun sözlərinə görə, təqaüdlər artırılıb:

“Minimum təqaüdlər artırılaraq 320 manat oldu. İndi yaşa görə və minimum təqaüd alanlara ödəniş 320 manatdan başlayaraq hesablanacaq. Bunun həmin şəxslərə daha pozitiv təsiri olacaq. Dövlət sektorunda çalışanlara gəlincə isə, minimum əməkhaqqı artanda Nazirlər Kabinetinin xüsusi qərarları ilə müəllimlərin, həkimlərin, polislərin və başqa dövlət sektorunda çalışanların əməkhaqlarına ayrıca artımlar olacaq”.

Natiq Cəfərli

İqtisadçı deyib ki, qeyd etdiyi peşə sahiblərinin maaşında təqribən 10 faiz civarında artım olması gözlənilir:

“Amma özəldə bu, bir balaca fərqlidir. Özəl sektorda biri var fərdi sahibkarlar – məsələn, jurnalistlər, hüquqşünaslar, mühasiblər – onların vergiləri 20 faizdən 5 faizə endirildi. Onlara bu, pozitiv təsir edəcək. Biri də var kafe, restoranlar və s. orada maaş artımını dövlət tənzimləmir. Həmin yerdə maaşı özəl sektorun rəhbərliyi ilə işçilər arasındakı fərdi müqavilələr tənzimləyir. Dövlətin onlardan indi yeganə tələbi o oldu ki, özəl sektor da işçiyə 400 manatdan aşağı maaş verə bilməz. Yerdə qalan hissə isə fərdi müqavilələrlə tənzimlənir”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri